Xalça Muzeyində pilot layihə
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihəyə start verilib. Muzeydən “Olaylar” – a bildirilib ki, layihə– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan “Azərbaycan xalça sənətinin təbliği “ - bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi – Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdi.
3 Mart 2017 19:15 MədəniyyətYeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı pilot layihəyə start verilib. Muzeydən "Olaylar" - a bildirilib ki, layihə- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi" haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd onunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi - Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdi.
Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək. Layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.