“Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyətivə “Təmiz ürəklər” Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə 4 Mart 2017-ci il tarixdə saat 15:00-da Tərtər rayonu Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyətivə "Təmiz ürəklər" Qeyri-Hökumət Təşkilatının təşkilatçılığı ilə 4 Mart 2017-ci il tarixdə saat 15:00-da Tərtər rayonu Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyi və "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə "Müstəqilliyin bərpasında qadınların rolu" adlı tədbir keçirəcək. Bu barədə Komitədən "Olaylar"a veriln məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov Ağdam, Füzüli, Goranboy, Tərtər rayonlarından və Naftalan şəhərindən olan fəal qadınlarla yanaşı,Qarabağ döyüşlərində xidmətləri olan qadınlar, şəhid və aztəminatlıailələrindən olan qadın nümayəndələr və digər qonaqlariştirak edəcək.Tədbir zamanı cəbhə bölgəsində vətənpərvərlik nümunəsi təcəssüm etdirdiyinə görə bir sıra qadınlar Komitə tərəfindən diplomlar,bayram hədiyyələri və sovqatlarıilə təltif ediləcək.Sonda tədbir iştirakçılarına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə bədii proqram təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31