Tuba və əri dedi-qodulara son qoydular
Tuba Büyüküstün və Onur Saylak cütlüyü məhkəməyə müraciət edib. İkili onların boşanması haqda xəbər yayan qəzetə 50 min lirəlik mənəvi təzminat davası açıblar.
3 Mart 2017 19:05 DünyaTuba Büyüküstün və Onur Saylak cütlüyü məhkəməyə müraciət edib. İkili onların boşanması haqda xəbər yayan qəzetə 50 min lirəlik mənəvi təzminat davası açıblar.
5 il əvvəl ailə quran, Toprak və Maya adlı əkiz uşaqları olan məşhur cütlük onlar haqqında yayılan "Xəyanət", "Aldatmaq", "Mülklərin bölüşdürülməsi" və "Boşanma" xəbərlərinə etiraz edərək ərizə veriblər. Ərizədə "Tuba Saylak Onur Saylaka xəyanət etməyib. Boşanmaq üçün məhkəməyə müraciət etməyiblər. Mülk paylaşımı etməyiblər" deyərək bütün dedi-qodulara son qoyublar.
Ərizədə Tubanın Dubaydan olan iş adamı, Kıvanç Tatlıtuğ, İbrahim Kutluayla sevgili olması haqda xəbərlərə də etiraz edilib. Media Tuba haqqında "Ev yıxan və aldadan", Onur barəsində isə "Aldadılan ər" kəlmələrinin işlənməsinin onların iş həyatına pis təsir etdiyi qeyd olunub. Axşam.az