1 həftə müddətində şarjsız işləyən smartfon təqdim olunub

Çinin “Oukitel” şirkəti yeni “Oukitel K10000 Pro” smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib. Bu smartfon Barselonada keçirilmiş “MWC 2017” sərgisində nümayiş etdirilib. İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilir. Sürətli “12V/2A” enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır.

Çinin "Oukitel" şirkəti yeni "Oukitel K10000 Pro" smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib. Bu smartfon Barselonada keçirilmiş "MWC 2017" sərgisində nümayiş etdirilib. İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilir. Sürətli "12V/2A" enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır. "Oukitel K10000 Pro" smartfonu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Aparat 8 nüvəli "MediaTek MT6750T" nüvəli prosessorla təchiz edilib. "Mali-T860 MP2" qrafik prosessoru qrafik materialı emal edir. Smartfon 4 QB əməli və 32 QB daxili yaddaşa malikdir.

"Oukitel K10000 Pro" smartfonunda əsas kameranın təsvir ölçüsü 16 MP, ön kamerada isə 8 MP-dir. Qurğu "Android 7.0 Nougat" mobil əməliyyat sistemi ilə işləyir. Aparatın qiyməti hələ ki bildirilməyib. "ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31