“Sərhədçilərimiz sağlam həyat naminə!” mövzusunda tədbir keçirilib
Gənc nəslin hərbi-vətənpərvərlik ruhundа tərbiyə olunması, narkomanlıq, digər zərərli vərdişlərdən qorumaq və daha sağlam böyüməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində mütəmadi olaraq silsilə tədbirlər keçirilir.
3 Mart 2017 16:52 SosialGənc nəslin hərbi-vətənpərvərlik ruhundа tərbiyə olunması, narkomanlıq, digər zərərli vərdişlərdən qorumaq və daha sağlam böyüməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində mütəmadi olaraq silsilə tədbirlər keçirilir. Bu istiqamətdə növbəti tədbirlərdən biri Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Sərhədçilərimiz sağlam həyat naminə!" mövzusunda keçirilib. Xidmətdən verilən mlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən 24 iyun 2013-cü ildə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər Dövlət Proqramı"-ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi üzrə keçirilən tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin nümayəndələri şəxsi heyət qarşısında maraqlı məruzələrlə çıxış ediblər. Tədbirdə narkomaniyanın törətdiyi xəstəliklər, bu təhlükəli vərdişlərin insan sağlamlığına və cəmiyyətimizə vurduğu zərərlər barədə film nümayiş olunmuş, dinləyiciləri maraqlandıran suallara ətraflı cavablar verilib.