Göygöldə silah-sursat tapılıb
Martın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən xeyli sadia silah-sursat aşkar edilib.
3 Mart 2017 16:25 KriminalMartın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən xeyli sadia silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, tapılan silahlar "AKM" markalı avtomat silahı, "Vatro" markalı və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" və 1 ədəd "İJ-24" markalı tüfənglər, 1 ədəd mərmi, 2 ədəd hərbi təyinatlı işıq və tüstü buraxıcı fişəng, trotil şaşka, 8 ədəd patron darağı, 1 ədəd "F-1" qumbarası, 4 qumbara alışdırıcısı və 1572 ədəd patrondan ibarət olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31