Ankarada “Molla Pənah Vaqif ili”
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.
3 Mart 2017 15:26 MədəniyyətAnkarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən XVIII əsr Azərbaycan poeziyasının parlaq siması, görkəmli şairi, məşhur siyasi və dövlət xadimi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017-ci ilin "Molla Pənah Vaqif ili" elan edilməsi münasibətilə anma mərasimi təşkil olunub.Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Kitabxanasının, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə TÜRKSOY-un qərargahında keçirilən mərasimdə rəsmi şəxslər, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, şeirsevərlər və digər şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın TÜRKSOY-dakı rəsmi təmsilçisi Elçin Qafarlı "Molla Pənah Vaqif ili" və bu münasibətlə təşkil olunan mərasimlər barədə məlumat verib. TRT-nin Ankara radiosu Xorunun ifasında Vaqifin "Durnalar" şeirinə bəstələnmiş mahnı səsləndirildikdən sonra Azərbaycan Milli Kitabxanasının arxiv fondunda saxlanılan M.P.Vaqifin, onun haqqında yazılmış, başqa dillərə tərcümə olunmuş əsərlərdən ibarət sərginin açılışı olub.
Daha sonra rəsmi açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nihat Gül çıxış ediblər.
Tədbirin bədii hissəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Zülfiyyə İsmayılova, türkiyəli aşıq Selahettin Dündar Vaqifin şerlərini ifa ediblər.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyası adından TÜRKSOY-a rəsm tablosu və dəyərli kitablar hədiyyə olunub.
Qeyd edək ki, "Molla Pənah Vaqif ili"nin ikinci toplantısı martın 3-də Türkiyənin Sakarya şəhərində keçiriləcək.