“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı”
Martın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbıərə görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliElmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.
3 Mart 2017 15:23 SosialMartın 3-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı "Ağdam nümunəsində Qarabağın davamlı inkişafı" adlı layihənin təqdimat mərasimi keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbıərə görə, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkiliElmira Süleymanova, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.
Sonra tədbirin rəsmi hissəsində universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlarımız azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrimizin bu işə bütün imkanları ilə töhfə verməsidir. Bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır. Layihənin ideya rəhbəri, universitetin Ekologiya kafedrasının müdiri Fəqan Əliyev bildirib ki, layihə AzMİU-nun SABAH qruplarında təhsil alan tələbələrlə professor-müəllim heyətinin birgə işidir. Daha sonra tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərimizdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər. Təqdimatda Ağdam şəhərinin baş planı, nəqliyyat infrastrukturu, bərpa olunan enerji mənbələri, Qarabağın kiçik çay mənbələrindən alınan enerji imkanları, Ağdam şəhərinin çirkli sularının kənar edilməsi layihəsi, magistral su kəməri layihəsi, fərdi evlərin, çoxmərtəbəli yaşayış komplekslərinin layihə təklifi və digər məlumatlar yer alıb. Layihənin yüksək təqdimatından xüsusi məmnunluğunu bildirən Mikayıl Cabbarov, bunun Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarında təhsil alan tələbələrin biliyi və əməyi nəticəsində ərsəyə gəldiyini deyib. Nazir bildirib ki, SABAH qrupları 3 il əvvəl ali təhsildə yenilikçi mühitin formalaşdırılması, savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin yetişdirilməsi, kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.