Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur

Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Elə bu zərurətdən dolayıdır ki, Azərbaycanda təhsil sahəsinin daha inkişaf etdirilməsi, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində davamlı addımlar atılır.

Bundan səmərəli istifadə dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir

Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Elə bu zərurətdən dolayıdır ki, Azərbaycanda təhsil sahəsinin daha inkişaf etdirilməsi, bacarıqlı kadrların yetişdirilməsi istiqamətində davamlı addımlar atılır.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə deyir ki, ölkəmizdə təhsilin inkişafı Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Onun szlərinə görə, Cənab Prezident İlham Əliyev son illərdə imzaladığı 30-dək mühüm Fərman və sərəncamla, dövlət proqramları ilə Azərbaycan elminin, təhsilinin etibarlı hamisi olduğunu təsdiqləyib: "Ölkə rəhbərinin Azərbaycanda təhsilin ən yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı dövlətin, cəmiyyətin qarşısına qoyduğu hədəflər reallığa əsaslanır. İlk növbədə, vurğulamaq lazımdır ki, Azərbaycan cəmiyyətinin, xüsusən gənc nəslin təhsilə, innovasiyalara böyük marağı var. Ölkəmiz zəngin təhsil ənənələrinə, güclü intellektual və kadr potensialına malikdir. Uzun illər boyu yaranmış ənənələr yeni dövrün tələbləri nəzərə alınmaqla daha da inkişaf edir. Təsadüfi deyil ki, dövlət büdcəsindən müdafiə xərclərindən sonra ən çox vəsait ayrılan sahə məhz təhsildir. Son 10 ildə 2000-dən çox məktəb binası tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva müntəzəm olaraq, təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir. Onu da xüsusi vurğulamaq istəyirəm ki, təhsil sahəsində həyata keçirilən islahatlar davamlı xarakter daşıyır". Millət vəkili deyib ki, dövlət başçısı cənab İlham Əliyevin 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamı da 2009-2015-ci illər üzrə elm sahəsində aparılan islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiq olub: "Göründüyü kimi, Ümummilli lider Heydər Əliyevin respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün də əzmlə davam etdirilir.

Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır". Millət vəkili qanunverici orqanın yaz sessiyasında qeyd edilən sahədə də müəyyən işlərin görüləcəyini deyib. Bildirib ki, sessiyanın iş planına daxil olan məsələlər bunu deməyə tam əsas verir: " Parlament hər zaman ölkəmizin inkişafına xidmət edən qanunvericilik aktlarını müzakirəyə çıxararaq qəbul edir. Parlamentin yaz sessiyasının qanunvericilik işləri planına da çox mühüm qanun layihələri daxil edilib. 2017-ci ilin yaz sessiyasında Elm və təhsil komitəsində "İlk peşə-ixtisas təhsili haqqında" yeni qanun layihəsi hazırlanacaq. Artıq noyabr ayından bu istiqamətdə fəaliyyətə başlanılıb. İndiyədək ilk peşə-ixtisas təsili müəssisələri Nazirlər Kabinetinin təsdiq etdiyi nümunəvi əsasnamələr əsasında idarə edilib."Məktəbəqədər təhsil haqqında" qanun layihəsi hazırda ikinci oxunuşda müzakirədədir. Komitəmizin iclasinda Azərbaycanda ali təhsil haqqında qanun layihəsinin hazırlanması da təklif edilib. Komitə bu yöndə işə başlayıb, işçi qrupu formalaşıb, dünya təcrübəsi öyrənilir. Uyğun sənədlər, əsasnamələr, qüvvədə olan sənədlər əldə olunub, təhlildən keçirilir.

Eləcə də, yeni hazırlanan qanun layihəsində peşə məktəblərinin funksiyası, təsis olunma qaydaları, iş prinsipləri, fəaliyyətinin müxtəlif aspektləri öz əksini tapacaq. Prezident cənab İlham Əliyevin imzaladığı "Strateji Yol Xəritəsi"ndə peşə ixtisası təhsili ilə prioritet istiqamətlərin prinsiplərini, irəli çıxardığı müddəaları dərindən öyrənirik. Ölkə reallığı ilə dünya təcrübəsini uzlaşdıraraq, belə qanunun üzərində çalışırıq. İnanıram ki, yaz sessiyasının sonuna qədər qanun layihəsi üzərində ilkin işi tamamlaya biləcəyik. Hesab edirəm ki, görülən işlər nəticəsində yaxin zamanlarda peşə təhsili məktəblərinin maddi-texniki bazasının qurulmasında ciddi dönüş baş verəcək. Azərbaycanda peşə təhsili müəssisələrinin müvafiq qaydada optimallaşdırılması da həyata keçiriləcək. Bu barədə ötən ay qəbul olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bəhs olunur. Bu gün peşə məktəbini bitirən gənclərin islə təmin olunması aktual problem olaraq qalır. Əslində peşə məktəbini bitirən gənclərin islə təmin olunması tək Təhsil Nazirliyi və digər aidiyyəti qurumların üzərinə düsməməlidir. Bu işdə məsuliyyət həm də digər müəssisə və təskilatların üzərinə düşür. Müəssisələr peşə məktəblərinə hər hansı bir sahə ilə bağlı sifariş verməlidir. Bu sifarislər əsasında gənclər peşə məktəbini bitirdikdən sonra işlə təmin oluna bilər. Bunun özü böyük bir dəstəkdir. Peşə məktəblərinə marağın artırılması vacibdir. Bu istiqamətdə atılan ilk uğurlu addım 2016-2017-ci tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulunun "ASAN peşə" layihəsi çərçivəsində həyata keçirilməsi olub. Bu layihə çərçivəsində dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Gəncə şəhərində 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 4287 gənc qəbul oldu. Bu, peşə təhsilinin tarixində ən şəffaf qəbul kimi tarixə düşüb".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31