Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə daha effektiv üsul kimi

Cəmiyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə istiqamətində ardıcıl və səmərəli tədbirlər görülməsinə baxmayaraq, sözügedən problemi tam mənada aradan qaldırmaq qeyri-mümkün olaraq qalır. Artıq narkomaniyaya qarşı mübarizədə hüquqi prosedurlar, bu xəstəliyə düçar olanlara qarşı ciddi hüquq tədbirlər də o qədər effekt vermir. Düzdür, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu kimi tədbirlər narkotik aludəçiləri, onun qəbuledicilərinin sayının müəyyən mənada azalmasına qismən təsir göstərir. Ancaq son illərin statistikası və gənclərin, hətta məktəbli yaşlı uşaqların bu bəlaya cəlb edilməsi narkomaniyaya qarşı mübarizədə daha çox maarifləndirici tədbirlərin həyata keçirilməsini zərurətə çevririr. Elə bu zərurəti nəzərə alan müvafiq dövlət qurumları da zaman-zaman qeyd edilən istiqamətlərdə müvafiq tədbirlər həyata keçirirlər.

Cəmiyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə istiqamətində ardıcıl və səmərəli tədbirlər görülməsinə baxmayaraq, sözügedən problemi tam mənada aradan qaldırmaq qeyri-mümkün olaraq qalır. Artıq narkomaniyaya qarşı mübarizədə hüquqi prosedurlar, bu xəstəliyə düçar olanlara qarşı ciddi hüquq tədbirlər də o qədər effekt vermir. Düzdür, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi bu kimi tədbirlər narkotik aludəçiləri, onun qəbuledicilərinin sayının müəyyən mənada azalmasına qismən təsir göstərir. Ancaq son illərin statistikası və gənclərin, hətta məktəbli yaşlı uşaqların bu bəlaya cəlb edilməsi narkomaniyaya qarşı mübarizədə daha çox maarifləndirici tədbirlərin həyata keçirilməsini zərurətə çevririr. Elə bu zərurəti nəzərə alan müvafiq dövlət qurumları da zaman-zaman qeyd edilən istiqamətlərdə müvafiq tədbirlər həyata keçirirlər.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin hələ 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Təhsil Nazirliyi Tədbirlər Planını təsdiq edib. Həmin Tədbirlər Planı çərçivəsində ötən il bilavasitə nazirliyin təlimati göstərişləri və tövsiyələri əsasında yerli təhsil orqanları və müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və bununla bağlı tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri daha da gücləndirilib, bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, "dəyirmi masalar", müsabiqələr və digər tədbirlər təşkil edilib. Eyni zamanda sərhəd məntəqələrinə şagirdlərin ekskursiyaları təşkil olunub, burada narkotik maddələrin, qaçaqmalçılığın cinayət əməli olması, xüsusilə də narkotiklərin istifadəsinin ağır nəticələri barədə uşaq və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumat verilib. Tədbirlər Planına uyğun olaraq təhsil müəssisələri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə iştirak edən dövlət və qeyri-hökumət təşkilatlarının təşkil etdikləri tədbirlərdə fəal iştirak edib, onlara müvafiq köməklik göstəriblər. Bunlarla yanaşı, respublikanın təhsil müəssisələrində "Narkomaniya əsrin bəlasıdır", "Narkotiklərə yox deyək", "Gənclər sağlam həyat tərzini seçirlər", "Narkotiksiz Azərbaycan" mövzularında toplantılar, görüşlər, müzakirələr keçirilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir. Təhsil Nazirliyi sistemindəki valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı müəssisələrdə qeyri-hökumət təşkilatları tərəfindən müxtəlif vaxtlarda narkotik vasitələrin insan orqanizminə zərərli təsirləri barədə maarifləndirici təlimlər təşkil edilib. İnternat məktəblərində yuxarı sinif şagirdlərinə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş mühazirələr keçirilib. Ali təhsil müəssisələrində "Narkomaniya-ictimai bəla", "Narkotik maddələrdən asılılığın törətdiyi fəsadlar" və s. mövzularda seminarlar, həmçinin ənənəvi olaraq Azərbaycan Müəllimlər İnstitutunda Bakı şəhərində fəaliyyət göstərən ali məktəblərin, kollec və orta məktəblərin, məktəbdənkənar müəssisələrin məsul əməkdaşlarının iştirakı ilə "Narkomanlığın profilaktikası sahəsində təhsil müəssisələrinin rolu" mövzusunda elmi-praktiki konfrans keçirilib. Həmin tədbirlər çərçivəsində Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 4.4.16-cı bəndinə uyğun olaraq 2016-cı ilin noyabr ayının 21-də Azərbaycan Dillər Universitetində, 22-də Bakı Slavyan Universitetində, 25-də Azərbaycan Texniki Universitetində, 28-də Qərb Universitetində, 29-da keçmiş Qafqaz Universitetində narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə maarifləndirmə xarakterli seminarlar keçirilib.

Ümumiyyətlə, il ərzində seminarların işində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Təhsil, Səhiyyə və Daxili İşlər nazirliklərinin məsul əməkdaşları ali təhsil müəssisələrinin müəllim və tələbələri qarşısında çıxışlar edib və maraq doğuran sualları cavablandırıblar. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı vacib məsələlərdən biri kimi narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədilə təhsil və gənclər təşkilatları, əmək kollektivləri və valideynlər üçün Təhsil Nazirliyinin təşkilatçılığı və beynəlxalq humanitar təşkilatların texniki dəstəyi ilə müxtəlif dərs vəsaitləri, proqramlar, Təhsil Problemləri İnstitutu tərəfindən "Məktəblilərin narkotik vasitələrdən qorunması yolları" adlı metodik vəsait və "Narkomaniyaya qarşı mübarizədə məktəb psixoloqlarının rolu" adlı metodik tövsiyələr hazırlanıb.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31