Ağsuda avtomobil yolunun tikintisi davam edir 

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 29 km, eni əvvəllər 6 metr olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilib. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edəcək.

Hazırda sözügedən ərazidə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol yatağının yararsız qruntu ərazilərdən asılı olaraq 0,5-1,5 metr dərinlikdə qazılaraq çıxarılıb, əvəzinə yeni yol yatağının və yol əsasının tikintisi aparılıb. Torpaq işləri tam başa çatandan sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yüksək keyfiyyətlə asfalt-beton örtüyünün salınması işlərinə başlanılacaq. Ümumilikdə 170 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçirilir. Körpülərdən birinin eni 6, uzunluğu 9 m, digər 2 körpünün eni və uzunluğu isə 5 metr təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31