Türkiyədə sərhəd pozuntusu
Səhər saatlarında iki yunan hərbi katerinin və bir mülki yaxtanının Türkiyənin dəniz sərhəddini pozmaq cəhdlərinin qarşısı alınıb. Türk hərbi gəmilərinin əraziyə gəlişindən sonra yunan katerlər öz sahələrinə çəkiliblər. Şübhəli görülən Premiara adlı yaxta Türk sərhədçilər tərəfindən saxlanılıb. Yaxtada yoxlama aparıldıqdan sonra gəmi ilə birgə ekipaj heyyəti də sərbəst buraxılıblar. Hal hazırda bölgədə iki Türk mühafizə katerinin keşik çəkdiyi bildilir.
3 Mart 2017 12:27 DünyaSəhər saatlarında iki yunan hərbi katerinin və bir mülki yaxtanının Türkiyənin dəniz sərhəddini pozmaq cəhdlərinin qarşısı alınıb. Türk hərbi gəmilərinin əraziyə gəlişindən sonra yunan katerlər öz sahələrinə çəkiliblər. Şübhəli görülən Premiara adlı yaxta Türk sərhədçilər tərəfindən saxlanılıb. Yaxtada yoxlama aparıldıqdan sonra gəmi ilə birgə ekipaj heyyəti də sərbəst buraxılıblar. Hal hazırda bölgədə iki Türk mühafizə katerinin keşik çəkdiyi bildilir.
Ötən gün də Türkiyə ilə Yunanıstanın sərhəddində yerləşən Kardak adası bölgəsində növbəti gərginlik yaşanılıb. Dumanlı hava və fırtınaya baxmayaraq, Türkiyə Sahil Mühafizə Xidmətinin gəmiləri bölgədə keşik çəkməyə davam edirlər.
Xəbəri "Oilaylar" - ın Türkiyə bürosu yayıb.