Rahil Məmmədov: "Aprel ayında meydanlara qayıdacağam"
Bir müddətdir zədədən əziyyət çəkən “Neftçi”nin gənc müdafiəçisi Rahil Məmmədov hazırkı durumu haqqında açıqlama verib. O, bərpa prosesi keçmək üçün səylə məşq etdiyini bildirib: "Məşqlər proqram üzə davam edir. Əlavə olaraq fiziki məşqçi ilə hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacağam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az daha çox işləməliyəm”.
3 Mart 2017 12:48 İdmanBir müddətdir zədədən əziyyət çəkən "Neftçi"nin gənc müdafiəçisi Rahil Məmmədov hazırkı durumu haqqında açıqlama verib. O, bərpa prosesi keçmək üçün səylə məşq etdiyini bildirib: "Məşqlər proqram üzə davam edir. Əlavə olaraq fiziki məşqçi ilə hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacağam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az daha çox işləməliyəm".
Fubolçu komandası haqqında da danışıb: "Komandanın hazırkı heyəti ötən ilkindən fərqlənir. Futbolçularda özünəinam qayıdıb. İnanıram ki, komandamız ölkə kubokunda daha yaxşı çıxış edəcək və kuboku qazanacağıq". Sia.az