Gənclər arasında dini maarfiləndirmə işləri aparılır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işlərinin davam etdiyini bildirib. O, gənc nəsillərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edərək müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının "Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması" layihəsi çərçivəsində "Ənənəvi dindarlıq və radikalizm" adlı maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli "Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması" layihəsi çərçivəsində maarifləndirmə işlərinin davam etdiyini bildirib. O, gənc nəsillərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edərək müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxışında radikal dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu və buna qarşı təkcə dövlət təşkilatları, hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın mübarizə aparmalı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonda tədbir iştirakçılarına maarifləndirici nəşrlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31