Moskvada tunel tikintisi zamanı baş verən qəzada ölənlərin sayı 2-yə çatıb
Ötən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb.
3 Mart 2017 12:08 DünyaÖtən gün Moskvada tikilməkdə olan tuneldə baş verən qəza zamanı dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Bununla da ölənlərin sayı 2 nəfərə çatıb. Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı qərargahın verdiyi məlumata əsasən dağıntılar altında daha heç kəs yoxdur. Hadisə ötən gün baş verib. Hadisə zamanı daha 3 işçi yaralanıb. APA.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31