Qaradağda narkomaniya əleyhinə tədbir keçirilib

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd narkomaniyaya qarşı mübarizə məqsədilə ilətəlimçilərin hazırlanmasıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirin keçirilməsində məqsəd narkomaniyaya qarşı mübarizə məqsədilə ilətəlimçilərin hazırlanmasıdır. Təlim yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təşkil edilmiş, eyni zamanda iştirakçılar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31