“Uşaq musiqisi və müasirlik”
Azərbaycan Bəstəkarlar İttifaqında “Uşaq musiqisi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib. İttifaqdan “Olaylar” – a bildirilib ki, tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva “Müasir dövrdə uşaq musiqisinin problemləri” mövzusunda məruzə ilə çıxış edib.
2 Mart 2017 19:38 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqında "Uşaq musiqisi və müasirlik" mövzusunda elmi-praktiki konfrans keçirilib. İttifaqdan "Olaylar" - a bildirilib ki, tədbirdə ittifaqın sədri, xalq artisti, professor Firəngiz Əlizadə konfransın mövzusunun aktuallığından danışıb. Uşaq musiqisinin problemlərinə toxunan F.Əlizadə bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva "Müasir dövrdə uşaq musiqisinin problemləri" mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra elmi-praktiki konfransda "Uşaq ədəbiyyatının problemləri", "Əşrəf Abbasovun "Qaraca qız" baletinin yeni quruluşu haqqında" və "Azərbaycan Televiziyası və Radiosunun "Bənövşə" uşaq xoru haqqında" məruzələr dinlənilib. Tədbir C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin "Cırtdan" uşaq xoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında konsert proqramı ilə davam edib.