Mərkəzi Kitabxanada təlim
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
2 Mart 2017 19:28 MədəniyyətBu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 2017-cı ilin Mülki Müdafiə tədbirlər planına müvafiq olaraq, "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunma qaydaları" mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib.
Mərkəzi Elmi Kitabxananın mülki müdafiə qərargahının rəisi Gülağa Cahangirov baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili və adamların təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə bağlı MEK kollektivinə və oxuculara geniş məlumat verdi.
Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı kitabxana ərazisində MM planlarının reallığının əks etdirilməsi, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır olmasıdı.