Millət vəkilinin kitabı çap edilib
Millət vəkili Aydın Mirzəzadənin "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri" adlı kitabı nəşr olunub. “OLAYLAR”-ın xəbərinə görə, kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır.
3 Mart 2017 11:34 SosialMillət vəkili Aydın Mirzəzadənin "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri" adlı kitabı nəşr olunub. "OLAYLAR"-ın xəbərinə görə, kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır. Onun siyasi baxışlarının predmeti, kateqoriyaları, nəzəri mənbələri əsaslandırılır, elmi qanunauyğunluqları göstərilir. Çalışdığı bütün sahələrin fəaliyyətinin metodologiyası müəyyənləşdirilir, ümumiləşdirilmiş prinsiplər gələcək nəsillərin öz dövrünün problemlərini həll etməyə, Azərbaycanın dövlət müstəqilliyini daima qorumağa, dayanıqlı və inkişaf edən cəmiyyət qurmağa dəstək olacağına diqqət yönəldilir. "Heydər Əliyevin siyasi irsinin aspektləri" xüsusi kursunun predmeti dünya və Azərbaycan tarixinin görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin uğurunun mahiyyət və səbəblərinin araşdırılması göstərilir.
Kitabda həmçinin Heydər Əliyev siyasi irsi siyasi və iqtisadi islahatların həyata keçirilməsi, totalitarirzmdən xilas olan cəmiyyətlərdə hüquqi demokratik dövlət quruculuğu, səmərəli milli iqtisadiyyatın qurulması, beynəlxalq aləmdə ölkənin layiqli yerinin tutulması və s. bu yönümlü məsələlərin həllində metodologiya kimi göstərilir. Kitabda Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirilir. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri professorlar Əlikram Abdullayev, Musa Quliyev, Elman Nəsirov, dosent Sakit Əliyevdilər. Səkkiz fəsil, otuz paraqraf və 240 səhifədən ibarət olan kitab 500 tirajla "Azərbaycan" nəşriyyatında nəşr edilib.