“Gəl, gözəl bahar, coşsun arzular”
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun konserti keçirilib. Muzeydən “Olaylar” – a bildirilib ki, istedadlı gənc pianoçu Nəriman Əmiraslanov baharın ilk günündə dinləyicilərə bahar ovqatı bəxş edib. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.
2 Mart 2017 19:19 MədəniyyətAzərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi muzeyin filialı olan Niyazinin mənzil muzeyində, Klassik Musiqi Həvəskarları Klubunda Bakı Musiqi Akademiyasının tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun konserti keçirilib. Muzeydən "Olaylar" - a bildirilib ki, istedadlı gənc pianoçu Nəriman Əmiraslanov baharın ilk günündə dinləyicilərə bahar ovqatı bəxş edib. Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim edilib.
Tədbirdə Bakı Musiqi Akademiyasının dosenti, professor Siala Sinamdzqvarişvili və musiqişünas Natəvan Əhmədova ürək sözləri ilə çıxış ediblər.