Moskvada "şəriət patrulu" peyda oldu
"Haramı dayandırın!" layihəsinin iştirakçısı İslam İsmayılov Moskvanın küçələrində patrul xidməti aparmağa və ictimai yerlərdə siqaret çəkənləri və spirtli içkidən istifadə edənləri aşkar etməyə başlayıb.
2 Mart 2017 18:19 Dünya"Haramı dayandırın!" layihəsinin iştirakçısı İslam İsmayılov Moskvanın küçələrində patrul xidməti aparmağa və ictimai yerlərdə siqaret çəkənləri və spirtli içkidən istifadə edənləri aşkar etməyə başlayıb. Bu barədə "İnterfaks" xəbər yayıb.
Yeni layihə çərçivəsində o, tərəfdarları ilə əsasən, üç vağzalın yerləşdiyi "Komsomol meydanı"nda nizam-intizama necə əməl olunduğunu izləyir.
Layihə iştirakçıları intizamı pozanlara yaxınlaşır, onlara müəyyən öyüd-nəsihət verir və bunları kameranın yaddaşına köçürərək YouTube-a yerləşdirirlər.
İ.İsmayılovun dediyinə görə, onlar bunu ona görə edirlər ki, hər gün əxlaq və dini normaları pozan, başqalarını qorxudan müxtəlif insanları mümkün qədər bu yoldan çəkindirsinlər, Allahın dininə və ümumbəşəri əxlaq normalarına riayət etməyin vacibliyinə inandırsınlar. Virtualaz.org