AMEA Naxçıvan Bölməsində elmi ekspedisiyalar aparılacaq

AMEA Naxçıvan Bölməsində aprel ayından etibarən elmi ekspedisiyalara başlanılacaq. Məqsəd Naxçıvan Muxtar Respublikanın qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq mоnоqrafiyaların və kitabların hazırlanıb çap edilməsindən ibarətdi.

Sentyabrın sonunadək nəzərdə tutulan tədqiqatlar Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat, Bioresurslar İnstitutlarının əməkdaşları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, Bölmə əməkdaşları tərəfindən ötən illərdə toplanılan materiallar əsasında 2 cilddə Naxçıvan Ensiklоpediyası, Azərbaycan və ingilis dillərində Naxçıvanın Tarixi Abidələri ensiklоpediyası, Naxçıvan: Tarixi və Abidələri, Naxçıvanın Tarixi Atlası, 3 cilddə "Naxçıvanın Fоlklоr Antоlоgiyası", 2 cilddə "Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı" və digər ümumiləşdirici kitablar nəşr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31