Tarixi Muzeyinə şəhid materialları təhvil verilib
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
2 Mart 2017 17:07 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyi Azərbaycan torpaqları uğrunda canından keçən, şəhidlik zirvəsinə ucalan Vətən övladlarına məxsus materialların qorunub nümayiş etdirilməsində, təbliğində və gələcək nəsillərə ötürülməsində mühüm missiyanı həyata keçirir.
Muzeydən "Olaylar" - a bildirilib ki, aprel döyüşlərində şəhid olmuş Milli Ordunun baş leytenantı Cavid Dədəkişiyevin atası Gülbaba Dədəkişiyev Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Şəhid atası Muzeyin direktoru, akademik Nailə Vəlixanlı ilə görüşmüş, Cavid Dədəkişiyevə məxsus 6 ədəd fotoşəkil və hərbi geyim dəstini Muzeyə təqdim edilib.
Görüş əsnasında akad. Nailə Vəlixanlı şəhid atasına başsağlığı verib, səbir dilədi və verilən materiallara görə öz təşəkkürünü bildirdi. Gülbaba Dədəkişiyev də Azərbaycan şəhidlərinin xatirəsini əziz tutduğu üçün Muzey rəhbərliyinə öz minnətdarlığını bildirdi.