Gündəm

Bağ evini qarət edən yaxalanıb

2 Mart 2017 16:23

DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən fevralın 25-də rayon ərazisindəki bağ evlərindən birindən 12.000 ABŞ dolları dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şəki şəhər sakini Qalib Əhmədov tutulub. Həmçinin Suraxanı RPİ 30-cu və 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 14-dən fevralın 28-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən akkumulyator, 1 saxlanc yerindən akkumulyator və təmir-tikinti alətləri, habelə 2 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Beynəlxalq Valyuta Fondu ilə birgə islahatlar müzakirə olunub

2 Mart 2017 16:22

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüşdə respublikamızda əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub.

Arvadına sataşan şəxsə qadın paltarı geyindirib zorladı

2 Mart 2017 16:19

İstanbulda yaşayan 25 yaşlı A.Y.-nı sosial şəbəkədən narahat etdiyi iddia edilən şəxs qadının həyat yoldaşı və yaxınları tərəfindən oğurlanaraq işgəncəyə məruz qalıb. 

Hurriyet Daily News: "Danışıqların iflası ərazi bütövlüyünün bərpası üçün hərbi yolu yeganə imkana çevirə bilər"

2 Mart 2017 16:17

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez işlənən "dondurulmuş münaqişə" termini insanları yanıldır. Bu barədə doktor Nəcibə Mustafayeva "Hurriyet Daily News" qəzetində dərc olunan məqaləsində yazır. 

Şirkətin xadiməsi: "Rəhbərliyin göstərişi banka gedib sənədlərə qol çəkdim" - Sabiq deputatın məhkəməsi

2 Mart 2017 16:14

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Pensiyalarla bağlı suallara AYDINLIQ GƏTİRİLDİ

2 Mart 2017 16:12

"Əmək pensiyası haqqında" qanuna təklif edilən dəyişikliklərdən biri də pensiyaların baza hissəsinin ləğv edilməsi ilə bağlıdır. Təklif edilən dəyişikliyin mahiyyətini öyrənmək üçün qanunvericilik təşəbbüsü subyektlərindən biri olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinə müraciət edib.

Təqaüdçünü diri-diri basdırdılar, xanımı başdaşından öpdü

2 Mart 2017 16:10

İrlandiyada təqaüdçü Con Edvard intiharlara və depressiyaya diqqət çəkmək üçün maraqlı eksperiment keçirmək qərarına gəlib.

Fransalı vəkil Xocalı soyqırımı ilə bağlı petisiya açdı

2 Mart 2017 16:08

"Change.org" saytında Xocalı soyqırımının tanınması ilə bağlı petisiya açılıb. Fransalı vəkil Oliver Pardo tərəfindən açılan petisiyanı imzalayanların sayı 8 mini keçib.  

"Çudo Peçka"nın bütün mağazaları bağlandı, şirkət rəhbəri MÜFLİS OLDU

2 Mart 2017 16:06

"Çuda Peçka" mağazalar şəbəkəsi fəaliyyətini tamamilə dayandırıb. Martın 1-də "Çudo Peçka"nın "Nəriman Nərimanov" metrostansiyasının yaxınlığında yerləşən mağazası da qapadılıb. Mağazada fəaliyyət göstərən işçilərə isə maaşları verilməyib.

XİN: Gürcüstanlı jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

2 Mart 2017 16:04

Gürcüstan vətəndaşı, “TV İmedi” telekanalının müxbiri Qurami Roqava Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Ərdoğan: "Bu bizim üçün qəbuledilməzdir"

2 Mart 2017 16:02

"ABŞ-ın Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi üzrə dəqiq planı yoxdur". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistandan qayıdarkən təyyarədə türk jurnalistlərlə söhbətində deyib.

AFFA-dan "Qəbələ"yə AĞIR CƏZALAR

2 Mart 2017 16:00

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Belə ki, fevralın 28-də Premyer Liqanın XX turunun "Qarabağ" - "İnter" matçının 86-cı dəqiqəsində "Qarabağ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Prezidentin İrana səfəri nə vəd edir?

2 Mart 2017 15:52

Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunmaqdadır. Artıq iki qonşu ölkə arasında bir sıra müştərək layihələrin reallaşdırılmasına start verilib, bəzi layihələr barədə isə ilkin razılaşma əldə edilib. Azərbaycanın iqtisaiyyat naziri Şahin Müstafayevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətinin İrana səfəri nəzərdə tutlan layihələrin reallaşdırılmasına rəvac verib. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri planlaşdırılır. Bəs, Azərbaycan Prezidentinin İrana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına hansı töhvəsini verə bilər? 

Düşmənin hərbi-nəqliyyat vasitəsi məhv edildi - VİDEO

2 Mart 2017 15:50

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilib.

AVRO-2024 Türkiyədə keçirilə bilər

2 Mart 2017 15:47

Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.