Gündəm
Cəlilabadda sürüşmə aktivləşdi - Evlər təhlükədə
Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib. Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.
“İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır”
Multukulturalizm modelini dünyaya uğurla aşılayan Azərbaycan “İslam Həmrəyliyi İli”ndə də beynəlxalq aləmə öz töhvələrini təqdim etməkdədir. Şübhə yox ki, Azərbaycanın bu il çərçivəsində görəcəyi işlər, dünyaya təqdim edəcəyi layihələr, İslam dini ilə bağlı təşəbbüs və çağırışları İslam dini barədə uzun illərdən bəri formalaşmış streotipləri darmadağın edəcək.
Bələdiyyələrlə bağlı 2 qanun dəyişdirilir
Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir. “olaylar” xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər.
Sərkisyanın Rusiya dəvəti
Ermənistan cəbhə xəttində gərginliyi artırıb təxribatlar törətdiyi bir ərəfədə işğalçı ölkənin prezidenti Serj Sərkisyan yenidən Rusiya Federasiyasına dəvət edilib. Sərkisyanın rusiyalı həmkarı ilə keçirəcəyi görüşdə əsas müzakirə mövzusunun məhz Dağlıq Qarabağ problemi olacağı qeyd edilir.
Sərkisyan aprel seçkilərini təxirə salmağa çalışır
Sərkisyan hakimiyyəti son vaxtlar ovçular arasında çaşqınlıq içərisində qalan ovu xatırladır. Müxtəlif vasitələrdən istifadə etməklə ov olmaqdan qurtulmaq istəyən Sərkisyan yenə də ənənəvi Qarabağ kartından yararlanmağa üstünlük verir. Lakin bu dəfə plan heç də işğalçı ölkə rəhbərinin arzu etdiyi situasiyanı yaratmır. Daxili siyasi gərginliyi yoluna qoymaq üçün cəbhə xəttində təxribatlara əl atan Ermənistanın mövcud hakimiyyəti “qaş düzəltdiyi yerdə göz də çıxardı” tendensiyası ilə üzləşib.
Lənkaranda 8 otaqlı ev yanıb
Lənkəran şəhərində vətəndaşa məxsus 8 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 360 m2 olan ikimərtəbəli 8 otaqdan ibarət evin 1-ci mərtəbəsində hamamın lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb. Hamamın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
İspaniyaya fındıq ixrac olunacaq
Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir. Sərgini ziyarət edənlər "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.
Balıqların artırılmasına 2940,5 min manat vəsait xərclənib
2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2940,5 min manat və ya 2015-ci illə müqayisədə 11,8 faiz çox vəsait sərf olunub. Statistika Komitəsindən verilən məlumata görə, həmin vəsaitin 92,1 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 50,3 milyon ton yük daşınıb
2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olmuşdur. Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
“Arif Rəhimzadə Rusiyanın mövqeyini ifadə edib” – “Biz türk deyilik!” deyən deputata həmkarından CAVAB
"Ruslar bizimlə Türkiyə türklərini hər zaman fərqləndiriblər”. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına verdiyi qalmaqallı müsahibəni şərh edərkən söyləyib.
Tofiq Zülfüqarov polis generalının qəzəbinə tuş gəldi
Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınını cərimə meydançasına salıb. Bu barədə Tofiq Zülfüqarov özü Facebook səhifəsində yazıb. İctimaiyyətə müraciət edən sabiq nazir bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən H.Əliyev prospektində xoşagəlməz bir hadisə ilə üzləşib: "Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah güclü uzaqvuran işıqları ilə görmə qabliyyətinə mane olaraq, gözümü kor edərək, əsəbi- isterik bir vəziyyət yaradıraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötmə əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yolda sürət saatda 120 km/saat olduğu bir halda məni ötən avtomobil sahibi tormoz etdi. Başa düşdüm ki, qarşımdakı adekvat hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir”.
Meteohəssas insanlara - XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Ramana və Maştağada qanunsuz tikintinin qarşısı alınıb
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən qanun pozuntularına qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və müvafiq qanunvericiliyə uyğun olaraq torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirir.
Nazir müavini Cenevrədə Ermənistanın işğalçılıq siyasətini pislədi
27 fevralda Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 34-cü sessiyası öz işinə başlayıb.Sessiyanın 27 fevral - 1 mart tarixlərində keçirilmiş Yüksək Səviyyəli Seqmentində BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti Piter Tomson və BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn ilə yanaşı BMT üzv-dövlətlərinin və beynəlxalq təşkilatların yüzdən artıq yüksək səviyyəli nümayəndəsi çıxış edib.
Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirilir
Martın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb. Bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb. Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadlığını boğmaq istədiklərini bildirirlər. Mitinqdə çıxış edənlər vurğulayıblar ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.














