Cəlilabadda sürüşmə aktivləşdi - Evlər təhlükədə
Cəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib. Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.
2 Mart 2017 15:46 OrduCəlilabad rayonunda qarın əriməsi sürüşmə zonalarında aktivliyi artırıb. Rayonun Sadatlı kəndində Yeddi Bulaq adlanan ərazidə bir neçə ev təhlükə ilə üzləşib. Artıq bəzi evlərin həyətlərində torpaq sürüşməsi nəticəsində iri çatlar əmələ gəlib. Kənd sakinlərinin sözlərinə görə, çatlara qar sularının dolması sürüşməni hər gün daha da artırır. Yerli sakinlər evlərinin sürüşmə nəticəsində uça biləcəyindən narahatdırlar.
Kənd üçün digər təhlükə isə təpəlik ərazilərdə sürüşən iri torpaq laylarının axaraq evlərə doğru hərəkət etməsidir.
Mövcud məsələ ilə bağlı kənd sakinləri Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasına məlumat veriblər. Report.az