İspaniyaya fındıq ixrac olunacaq
Birləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir. Sərgini ziyarət edənlər "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb.
2 Mart 2017 15:33 İqtisadiyyatBirləşmiş Ərəb Əmrliklərinin Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində uğurlu danışıqlar davam edir. Sərgini ziyarət edənlər "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunan meyvə və tərəvəz məhsullarına, çay və fındığa böyük maraq göstərir. Artıq sərgi çərçivəsində Azərbaycan şirkəti İspaniyanın Valensiya şəhərinə 128 ton fındıq ixracı ilə bağlı sifariş alıb və bu sahədə danışıqlara başlanılıb. Bu barədə İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bununla yanaşı, Səudiyyə Ərəbistanından olan iş adamları ilə yerli şirkətlər arasında görüş keçirilib, Azərbaycandan Səudiyyə Ərəbistanına ət və ət məhsullarının ixracı ilə bağlı danışıqlar aparılıb. Bu danışıqların nəticəsi olaraq birgə müəssisənin yaradılması məsələləri də müzakirə olunub. Bundan başqa, iş adamları arasında keçirilmiş görüşlərdə Azərbaycandan Küveytə nar şirələrinin, Dubaya isə quru süd məhsullarının ixracı barədə razılıqlar əldə olunub.Şirkətlərimiz, həmçinin sərgi çərçivəsində təşkil olunmuş "Eurasia Export Briefing" tədbirində iştirak ediblər. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin investisiya imkanları və ixrac potensialı, yerli məhsullarımız barədə məlumat verib. AZPROMO və Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan iş adamları üçün ikitərəfli görüşlər də təşkil olunub.