“İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır”
Multukulturalizm modelini dünyaya uğurla aşılayan Azərbaycan “İslam Həmrəyliyi İli”ndə də beynəlxalq aləmə öz töhvələrini təqdim etməkdədir. Şübhə yox ki, Azərbaycanın bu il çərçivəsində görəcəyi işlər, dünyaya təqdim edəcəyi layihələr, İslam dini ilə bağlı təşəbbüs və çağırışları İslam dini barədə uzun illərdən bəri formalaşmış streotipləri darmadağın edəcək.
2 Mart 2017 15:43 Sosialİlham Əliyev: "Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir"
Multukulturalizm modelini dünyaya uğurla aşılayan Azərbaycan "İslam Həmrəyliyi İli"ndə də beynəlxalq aləmə öz töhvələrini təqdim etməkdədir. Şübhə yox ki, Azərbaycanın bu il çərçivəsində görəcəyi işlər, dünyaya təqdim edəcəyi layihələr, İslam dini ilə bağlı təşəbbüs və çağırışları İslam dini barədə uzun illərdən bəri formalaşmış streotipləri darmadağın edəcək. Nəticədə Avropada İslam dini barədə yaranmış yanlış təsəvvürlər təzələnəcək, İslamın terrorçi deyil, sülh dini olması isbatını tapacaq. Artıq bu isitiqamətdə ilkin addımlar atılmaqdadır. Belə ki, Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı qeyd edib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır: "Azərbaycan müsəlman ölkələri və dövlətləri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir. Azərbaycan 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmişdir. İki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəkdir. Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik". Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, dini mənsubiyyət faktorun qabardaraq insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib. Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir. Radikal dini təşkilatlar yaratmaq və yaxud maddi-texniki dəstək verməklə öz məkrli planlarını həyata keçirməyə çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına mane olmağa və nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa cəhd göstərirlər: "Bu gün acı həqiqətdir ki, bəzi ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar olsun ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər müsəlman ölkələrində baş verən qanlı olaylar buna misal ola bilər.Odur ki, müsəlman dünyasında bugün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa daha çox ehtiyac var. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, hansı dini və ya etnik konfessiya nümayəndəsi olmasından asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur". "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev qeyd edib ki, dini radikalizm XIX əsrdə mövcud quruluşun kökündən dəyişdirilməsini tələb edən siyasi cərəyan, siyasi məsələlərin həllində qeyri hüquqi, radikal üsul və metodlardan istifadə etməklə müəyyən dini adətlər üzərində yaranmış ideologiyadır. Antihumanist ideyaları özündə əks etdirən belə dini baxışlar cəmiyyətə zidd davranışlarla müşayət edilir, dini liderin xarizmasına dəstək, ona pərəstiş etmək radikalizmi səciyyələndirən əlamətlərdəndir: "Dünyada dini radikalizmin müxtəlif tipləri var ki, onlar öz prinsiplərini diktə etmək niyyətindən əl çəkmirlər. Müxtəlif mərkəzlərdən idarə olunan həmin qanadlar ideyalarını nəinki öz ölkələrində tətbiq etmək, həmçinin xaricə idxal etməkdən belə çəkinmirlər. Belə qanadlardan biri xüsusi dini radikalizmdir ki, bu kiçik lokal qruplarda özünü göstərir. Dini lider ətrafında pərəstiş ideologiyasını inkişaf etdirmək, məqsədlərinə çatmaq və sosial-dini layihələrin həyata keçirilməsi üçün tədbirlər görülür: "Bu tip hərəkatların dini liderləri əksər hallarda cəmiyyətdəki innovativ islahatların və inkişafın dairəsini gözdən salmaq, "dünyanın sonudur" deyə kənara çəkilərək təxribatlara, əhalini qorxu, vahimə içində saxlamağa istiqamətlənən dağıdıcı faktorlara start verirlər. Cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərləri gözdən salmağa, sosial-dini fanatizmə meyl edirlər. Belə şəxslərin bəziləri ailədən imtina, Allah evləri ilə münasibəti kəsmək, təhsildən, tibbi müayinə və müalicədən vaz keçmək, bəzən istehsal olunan ləvazimatlardan imtina etməyə üstünlük verirlər. Bu cür qruplara təsərrüfat fəaliyyətinin primitiv formaları, ailədə patriarxal ideyaları bərqərar etmə və yaxud dini lideri ilahiləşdirmək kimi hərəkətlər xasdır. Bu ideyalar özündə bəzən ailə-nikah münasibətlərini rədd etməyi də birləşdirir". Onun sözlərinə görə, bu sahədə Azərbaycanda ciddi və təkmil normativ huquqi baza vardır. Ölkə konstitusiyasında ehtiva edilən "vicdan azadlığı" hər bir vətəndaşa istənilən dinə etiqad etmək və yaxud dinini dəyişmək azadlığı verir. Lakin dini etiqad və əqidə azadlığı hüquq pozuntusuna bəraət qazandırmır: "Dini etiqad azadlığı haqqında" qanunun qüvvəyə minməsi ilə Azərbaycan multikultural dəyərlərin qorunmasında digər ölkələrə görk ola bilər. Cəhalətpərəst və maarifçiliyin əleyhinə olanlara qarşı təsirli tədbirlərin görülməsində Azərbaycan Cənubu Qafqazda, habelə beynəlxalq aləmdə nümunə olacaq siyasi iradə nümayiş etdirir". Onun sözlərinə görə, dini etnik radikalizm mövcuddur ki, bu konservativ-adətlərə uyğun ideyaların və etnik dinlərin təşəkkülü, təmiz etnik dini cəmiyyətin və teokratik dövlətin mövcudluğuna meyl etməkdir. Onun sosial əsasını təşkil edən utopik layihələr siyasi və iqtisadi qloballaşmadan imtina etməyə xidmət edir, etnososializm nəzəriyyəsi cəmiyyətdə sosial dəyərlərin qorunmasına qarşı qoyulur, sosium üzərində hökmranlıq etmək niyyətini daşıyır: "Dini radikalizm məzmun və mahiyyəti üzrə xarizmatik liderin şəxsiyyətinə pərəstiş etməyə xidmət edir, dövlət quruluşunu dəyişmək, silahlı yolla hakimiyyəti zəbt etmək, başqa dövlətin suverenliyini pozmaq, qanunsuz silahlı birləşmələri yaratmaq və onları yaymaq, etnik və dini düşmənçiliyi qızışdarmaqla cəmiyyət üçün daha təhlükəli bir ideologiyanın - ekstremizm ideologiyasının əsası qoyulur. Ekstremizm isə qadağan olunan üsulların son həddində olmaq, qanuna zidd gücün və zorakılığın tətbiqi, vətəndaşların konstitusion hüquqlarına qəsd etməsində ifadə olunur. Azərbaycanda isə dini münasibətləri tənzimləyən təkmil qanunvericilik bazası var və ona ciddi riayət olunur".
Zəka