Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçirilir
Martın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb. Bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb. Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadlığını boğmaq istədiklərini bildirirlər. Mitinqdə çıxış edənlər vurğulayıblar ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.
2 Mart 2017 15:10 DünyaMartın 2-də Gürcüstan Ali Məhkəməsində "Rustavi 2" televiziya kanalı ilə bağlı sonuncu məhkəmə iclası başlayıb. Bu səbəbdən yüzlərlə insan məhkəmə binasi önünə toplaşıb. Onlar telekanalın indiki rəhbərlikdən alınaraq əvvəlki sahibinə qaytarılmasına etiraz edir və "Rustavi 2" televiziya kanalını almaq istəyənlərin olkədə azad sözü, media azadlığını boğmaq istədiklərini bildirirlər. Mitinqdə çıxış edənlər vurğulayıblar ki, "Rustavi 2" telekanalına qarşı başlayan kampaniya ümumilikdə ölkədə azad sözün boğulmasına yönəlib.
Qeyd edək ki, aksiyaya müxalifət partiyaları da qoşulublar. Report.az