Balıqların artırılmasına 2940,5 min manat vəsait xərclənib

2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2940,5 min manat və ya 2015-ci illə müqayisədə 11,8 faiz çox vəsait sərf olunub. Statistika Komitəsindən verilən məlumata görə, həmin vəsaitin 92,1 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.

2016-cı ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 2940,5 min manat və ya 2015-ci illə müqayisədə 11,8 faiz çox vəsait sərf olunub. Statistika Komitəsindən verilən məlumata görə, həmin vəsaitin 92,1 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 7,9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib. Ötən il vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi ilə məşğul olan təsərrüfatlar tərəfindən təbii su hövzələrinə və anbarlarına buraxılan 406,4 milyon ədəd balıq körpələrinin 392,8 milyon ədədi çəkikimilərin, 7,9 milyon ədədi nərəkimilərin, 5,5 milyon ədədi bitki ilə qidalanan balıqların və 0,2 milyon ədədi qızıl balıqların payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31