Sərkisyan aprel seçkilərini təxirə salmağa çalışır

Sərkisyan hakimiyyəti son vaxtlar ovçular arasında çaşqınlıq içərisində qalan ovu xatırladır. Müxtəlif vasitələrdən istifadə etməklə ov olmaqdan qurtulmaq istəyən Sərkisyan yenə də ənənəvi Qarabağ kartından yararlanmağa üstünlük verir. Lakin bu dəfə plan heç də işğalçı ölkə rəhbərinin arzu etdiyi situasiyanı yaratmır. Daxili siyasi gərginliyi yoluna qoymaq üçün cəbhə xəttində təxribatlara əl atan Ermənistanın mövcud hakimiyyəti “qaş düzəltdiyi yerdə göz də çıxardı” tendensiyası ilə üzləşib.

Cəbhə xəttindəki təxribatlar buna hesablanıb

Sərkisyan hakimiyyəti son vaxtlar ovçular arasında çaşqınlıq içərisində qalan ovu xatırladır. Müxtəlif vasitələrdən istifadə etməklə ov olmaqdan qurtulmaq istəyən Sərkisyan yenə də ənənəvi Qarabağ kartından yararlanmağa üstünlük verir. Lakin bu dəfə plan heç də işğalçı ölkə rəhbərinin arzu etdiyi situasiyanı yaratmır. Daxili siyasi gərginliyi yoluna qoymaq üçün cəbhə xəttində təxribatlara əl atan Ermənistanın mövcud hakimiyyəti "qaş düzəltdiyi yerdə göz də çıxardı" tendensiyası ilə üzləşib. Belə ki, bir neçə gün əvvəl cəbhə xəttində baş verən məlum insdent zamanı Ermənistan hərbiçiləri ciddi şəkildə itki veriblər ki, bu da işğalçı ölkədə Sərkisyan əleyhinə formalaşan etiraz dalğasını daha da alovlandırıb. Belə ki, martın 1-dən başlayaraq paytaxt İrəvanda rejim əleyhinə etiraz aksiyalarına start verilib. Bu arada Ermənistanda seçki öncəsi cərəyan edən hadisələri şərh edən ekspertlər qeyd edirlər ki, bütün halda mövcud situasiya Sərkisyanın seçki oyunu oynamasına sərf edir. Hətta Ermənistan prezidentinin cəbhədə daha şiddətli döyüşlərin başlaması, çoxlu sayda erməni əsgərinin ölməsinə belə maraqlı olduğu da vurğulanır. Bildirilir ki, Qarabağda gərginliyi artırmaqla ölkədə müharibə əhval-ruhiyyəsi formalaşdıran Sərkisyan bu yolla parlament seçkilərinin vaxtını uzatmağa cəhd göstərir. Çünki indiki situasiyada parlament seçkilərinin keçirilməsi hakim partiyanın məğlubiyyətini qaçılmaz edəcək.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyir ki, Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşdikcə hakimiyyətdə olan "Qarabağ klanı" ictimai diqqəti cəbhədə törətdiyi təxribatlara yönləndirir: "Fevralın 24-25- də baş verən hərbi toqquşmalar hesab edirəm ki, ermənilərin təxribatına ciddi zərbə idi. Hazırda Sarkisyan hakimiyyəti, ümumi vəziyyəti gərginləşdirməklə danışıqlardan yayınır və vaxt qazanmağa çalışır. Qeyd edim ki, Azərbaycanın İsrail və Pakistanla hərbi əməkdaşlığı da rəsmi Kremli və Yerevanı qıcıqlandırır. Rusiya çalışır ki, Azərbaycan heç bir ölkə ilə silah ticarəti etməsin. Və, bu təzyiqlər fonunda Azərbaycanı sıxışdırmağa çalışır. Ermənistan bir neçə müddət idi ki, ön cəbhəyə zirehli texnika və artilleriya vasitələri yığırdı". Politoloq onu da diqqətə çatdırıb ki, Yerevan Kremlin icazəsi olmadan belə bir hərbi hərəkətliliyə getməzdi: "Baş verənlər təbii ki, Azərbaycana qarşı təxribatlardı. Amma son vaxtlar Türkiyə-Rusiya əlaqələrində də soyuq münasibətlər yaşanmaqdadır. Qeyd etmək lazımıdır ki, Rusiya PKK və PYD terror təşkilatı kimi tanımır. Suriyada "kürd muxtariyyətinin" yaradılmasında maraqlıdır. Ötən günlərdə Moskvada kürdlərin böyük bir konfransın keçirildi. Həmçinin Əl-Babda Türkiyə hərbiçilərini bombaladı. Bunlar Türkiyəyə təzyiq vasitəsinin bir hissəsidir. Ardınca Qarabağ cəbhəsində Ermənistan ordusu hərəkətlənərək, Azərbaycan mövqelərinə qarşı artilleriya və digər silahlarnan hücum etməyə çalışdı. Görünən odur ki, Türkiyənin Birləşmiş Ştatlarla normallaşan əlaqələrinə Rusiya kürd kartı ilə cavab verir. Azərbaycanın Avropa İttifaqı ilə başladığı danışıqlar və "Qazprom"un Avropa qaz bazarında əsas rəqibi olan Azərbaycan qazı və onun nəqli olacaq TANAP-la bağlı Rusiyanın narahatlığı artır. Və görünən odur ki, Kreml Azərbaycana Ermənistanın əli ilə təzyiq etməkdədir. Digər tərəfdən Rusiya qazına alternativ "Cənub Qaz dəhlizi" də Rusiyanı ciddi şəkildə narahat edir və bu proyektin reallaşmaması üçün hərbi avantüralara əl atmaqdadır". Politoloq hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanmasında danışıqlar prosesinin dayanması, məhz Rusiyanın siyasəti ilə bağlıdır: "Rusiya öz forpostu olan Ermənistana danışıqlardan yayınmaq üçün bütün dəstəyi verməkdədir. Qeyd edim ki, Ermənistanda 1998-ci ildən hakimiyyətdə olan "Qarabağ" klanı da Rusiyanın proyektidir. Çünki, Yerevan erməniləri Avropa ilə təmasların tərəfdarlarıdır. Bu "yerli" ermənilər Rusiyanın siyasəti ilə uzlaşmaya da bilərlər və Azərbaycanla kompromisə gedərlər. Levon-Ter Petrosyanın silahlı devrilməsi də buna sübutdur. Ancaq indiki mərhələdə Qarabağ klanın" hakimiyyətdə olması, Rusiyanın maraqlarına uyğundur. Çünki, bu qrup öz hakimiyyətləri üçün Rusiyanın istəyi ilə hərəkət etməkdədir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31