Gündəm
Arif Rəhimzadə: “Azərbaycanlılar türk deyil...”
Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.
Mollanı oğurlayan kəşfiyyatçı qadın azadlığa buraxıldı
Portuqaliyada iki il həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan Sabrina De Sousa daha bir xoş xəbər alıb.
Şagirdlər "artıq yük"dən azad olacaq
Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb.
Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Dünyası Bələdiyyələr Birliyinin rolu
Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti-Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini aldı. Rejiminin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış müstəqil Türkiyə dövləti və SSRİ-nin sərhədlərindən kənarda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkmlənməsinə zəmin yaratmış oldular.
Pensiya yaş həddinin artırılması hansı zərurətdən yaranır?
Pensiya yaş həddinin artırılmasını özündə ehtifa edən “Əmək pensiyaları haqqında” qanun layihəsinin martın 7-də parlament müzakirəsinə çıxarılacağı gözlənir. Məsələ orasındadır ki, qanunvericilikdə pensiya yaş həddinin 65-ə çatdırılması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Ermənistan Azərbaycan-Pakistan əlaqələrindən narahatdır
Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan uğurlu diplomatik gedişləri ilə xarici siyasət sahəsində bir sıra üstünlüklər əldə etməkdədir. Hər iki qtblə normal əməkdaşlıq mühiti yaradan Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki yeri və rolunu da artırmaqdadır. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın siyasi paytaxtı hesab edilən Belçikada keçirdiyi mühüm görüşlərin ardınca Şərqə, müsəlman ölkələrinə səfəri də uğurlu xarici siyasətin göstəricilərindəndir. Xəbər verildiyi kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər və Pakistanda səfərdə olub.
Deputatlar iclasa gəlmədi - Ermənistanda
Ermənistan parlamentinin iclası baş tutmayıb. İclas yetərsay olmadığından keçirilməyib. Məlumata görə, iclasın keçirilməsi üçün ən azı 66 millət vəkilinin iştirakı tələb olunsa da, cəmi 39 deputat qeydiyyatdan keçib. Parlament sədrinin müavini Eduard Şarmazanov bildirib ki, saat 15:00-dək lazımi sayda deputat qeydiyyatdan keçməsə, reqlamentə uyğun olaraq yeni parlament seçkilərinə dair təşviqat kampaniyasına start veriləcək: "Mən istərdim ki, mayın 31-dək parlament hazırkı tərkibdə iclaslar keçirsin. Amma vəziyyət belədir ki, kvorum yoxdur. Biz mövcud reallığı qəbul etməliyik".
Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 – 2006-cı il təvəllüdlü 12 yaşadək qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunub.
Polşada Dağlıq Qarabağ problemindən danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Polşaya səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, SAM rəsmisi Varşavada College of Europe-da "Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın beynəlxalq və regional aktyorlarla münasibətdə xarici və təhlükəsizlik siyasəti" mövzusunda mühazirə ilə çıxış edib. Həmçinin, İlqar Qurbanov mühazirə zamanı 2014-cü ildə Ukraynada olan hadisələrdən sonra Azərbaycan Respublikasının yaxın və uzaq qonşularla bağlı xarici siyasətinin əsas istiqamətlərinə və perspektivlərinə də toxunub.
Polkovnik: "Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir"
Fevralın 25-də cəbhənin Füzuli-Xocavənd istiqamətində 5 hərbçimizin şəhid olmasından 3 gün sonra Ermənistan ordusuna məxsus zirehli texnika vurulub, üstündən bir gün sonra isə atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına artilleriya zərbəsi endirilib, bundan əlavə kəşfiyyat-diversiya qrupu məhv edilib. Bütün hallarda düşmən xeyli itki verib.
Ölkəsinin tanınmış qadın vəkili fahişəliyə başladı - VİDEO
Braziliyada hər kəs tanınmış qadın vəkildən danışır. Klaudia de Marçi adlı qadın vəkillikdən imtina edərək fahişəliyə başlayıb. 34 yaşlı keçmiş vəkil hal-hazırda iş adamlarının və siyasətçilərin seçiminə çevrilib. Bu ilginc olayla bağlı daha geniş reportajı aşağıdakı videoda təqdim edirik.
Moskvada tunel çökdü - Ölən var
Moskvada tunel tikintisi zamanı konstruksiyanın çökməsi nəticəsində bir nəfər həlak olub. Kaluqa şossesində tikinti sahəsində 40 kvadrat metr konstruksiya çöküb. Qəza yerində başqa insanların olduğu ehtimal edilir. Bölgəyə tibbi yardım maşınları və xilasedicilər cəlb ediliblər.
Azıx mağarasını qazanlar barəsində irəli sürülən İTTİHAMLAR
İnterpolun Ermənistandakı mərkəzi bürosu Azərbaycanın quruma üzv dövlətlərə ünvanladığı sorğunu aldığını bəyan edib.
"Ölkədə intihar məqsədilə özünü yandıran kişilərin sayı daha çox olub"
Hər il ölkədə intihar məqsədi ilə özünü yandırma halları qeydə alınır. Bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin həkim-cərrahı Ülviyyə Zeynalova bildirib. O deyib ki, bu hallar qadınlar arasında üstünlük təşkil etsə də, ötən il kişilərdə intihar məqsədilə özünü yandırma halı daha çox olub.
Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.














