Ramil Usubov işdən çıxardığı polkovnikə YENİ VƏZİFƏ verdi

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.

S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.

Xatırladaq ki, bu ilin yanvar ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadiq Gözəlov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. O, nazirliyin fəxri fərmanı ilə təltif olunub. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31