Mollanı oğurlayan kəşfiyyatçı qadın azadlığa buraxıldı
Portuqaliyada iki il həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan Sabrina De Sousa daha bir xoş xəbər alıb.
2 Mart 2017 15:06 DünyaPortuqaliyada iki il həbsdə saxlanıldıqdan sonra azadlığa buraxılan Sabrina De Sousa daha bir xoş xəbər alıb. İtaliya prezidenti Sergio Mattarella da 14 il əvvəl Milanda misirli bir mollanı terror şübhəlisi olduğu iddiasıyla qaçırılmasında iştirak edən Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentini əfv edib.
2015-ci ildən bəri Portuqaliyada məhbus olan Sabrina De Sousanın İtaliyaya ekstradisiya edilmək üçün hava limanına gətirildiyi məqamda Portuqaliya məhkəməsi ABŞ-lı qadın agentin sərbəst buraxılması haqda hökm çıxarıb. Milli.az Milliyet-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31