Bakı şəhər birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 – 2006-cı il təvəllüdlü 12 yaşadək qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunub.
2 Mart 2017 14:46 İdmanBakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində keçirilən 2005 - 2006-cı il təvəllüdlü 12 yaşadək qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Baş İdarədən "OLAYLAR"-a bildirilib ki, 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticələrinə əsasən qaliblər mükafatlandırılıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunub.