Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Dünyası Bələdiyyələr Birliyinin rolu
Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti-Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini aldı. Rejiminin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış müstəqil Türkiyə dövləti və SSRİ-nin sərhədlərindən kənarda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkmlənməsinə zəmin yaratmış oldular.
2 Mart 2017 15:01 SiyasətQurumun yaxın gələcəkdə dünyanın sayılıb seçilən beynəlxalq təşkilatları arasında ön sıralarda yerini alacağı şübhəsizdir
Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti-Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini aldı. Rejiminin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış müstəqil Türkiyə dövləti və SSRİ-nin sərhədlərindən kənarda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkmlənməsinə zəmin yaratmış oldular. Bu gün beynəlxalq hüquq normalarına əsasən dövlət kimi tanınan 6 müstəqil Türk dövləti olsa da beynəlxalq aləmdə de-yure tanınmayan Şimali Kipr Türk Cumhuriyyəti ilə birlikdə 7 türk dövləti mövcuddur. Son 25 ildən bu yana türk dövlətləri arasında inteqrasiya və əməkdaşlığın möhkəmlənməsi istiqamətində müxtəlif beynəlxalq birliklər qurulub və müqavilələr imzalanıb. Bu beynəlxalq birliklərdən biri də Türk Dünyası Bələdiyyələr Birliyidir. Amma etiraf etmək lazımdır ki, sözügedən birlik daxilində əlaqələr o qədər də istədiyimiz səviyyədə inkişaf etməyib. Və bu əlaqələri bir qədər də irəli aparmaq lazımdır. Məlumat üçün qeyd edək ki, Türk Dünyası Bələdiyyələr Birliyi 2003-cü ildə yaradılıb. Hazırda 28 ölkədən 1103 bələdiyyənin üzvü olduğu birlik nüfuzlu beynəlxalq təşkilatların sırasında yer almaqdadır. Üzvlərinin mənsub olduqları ölkələrın sayı və yerləşdikləri geniş coğrafiya deməyə əsas verir ki, birliyin əhatə dairəsi təkcə Türk dövlətlərilə məhdudlaşmır. Birliyin fəaliyyəti eyni zamanda dünyanın müxtəlif guşələrində kompakt şəkildə yaşamaqda olan türk toplumlarının bələdiyyələrini də əhatə etməkdədir. Bəs, Türk Dünyası Bələdiyyələr Birliyinin yaranmasında hansı zərurətlər rol oynayıb və bu birlik türk dünyasına nələr vəd edir?
Hökməli Bələdiyyəsinin sədr müavini Fərman Salmanlı deyir ki, dünyanın müxtəlif coğrafiyalarında yaşayan Türk xalqları arasında qardaşlıq müasibətlərinin möhkəmlənməsi və iqtisadi əlaqələrinin qurulması baxımdan təşkilat önəmli rol oynamaqdadır. Yarandığı dövrdən bu günə qədərki fəaliyyətini araşdırarkən məlum olur ki, təşkilat türk dünyasının inteqrasiyası və qarşılıqlı əlaqələrin qurulması istiqamətində uğurlu layihələr həyata keçirib: "Buraya ümum türk tarixi və ayrı ayrı türk dövlətlərinin tarixi ilə əlaqədar kitabların nəşri, simpozumların keçirilməsi, türk dünyası bələdiyyələr birliyinin üzvü olan bələdiyələrarası qardaş şəhərlər layihəsi, təhsil sahəsində tədbirlər, mədəni tədbirlər, Türk Dünyası Bələdiyyələr Birliyinin adından müsəlman ölkələrində ehtiyacı olan insanlara yardımların edilməsi və s. tədbirlər daxildir. Birlik türk toplumları arasında mövcud olan ortaq mədəni dəyərləri və mirası nəzərə alaraq, qardaşlıq, birlik, yardımlaşmaq münasibətlərinin möhkəmlənməsi və yerli özünüidarəetmə sahəsində təcrübələrin öyrənilməsi məqsədiylə yaradılmış beynəlxalq
təşkilatdır. Baş ofisi İstanbulda yerləşən təşkilatın ali məqsədi türk dünyasının inteqrasiyasına nail olmaqdır. İyirmi səkkiz ölkənin bələdiyyələrini özündə cəmləyə bilmiş təşkilatın təsir dairəsi genişləndikcə əhəmiyyəti artmaqda və türk dünyasının inteqrasiyasında önəmli rol oynayan təşkilat halını almaqdadır. Türk Dünyası Bələdiyyələr Birliyinin nizamnaməsinə əsasən inteqrasiya prosesi tarixi və mədəni mirası qorumaq, iqtisadi, texniki, sosial və mədəni sahələr nəzərdə tutulmaqla əlaqələrin inkişaf etdirilməsi, şəhər və qəsəbələrdə yerli özünüidaər etmə sahəsində yaranmış çətinliklərin aradan qaldırılması və həlli yollarını müəyyənləşdirərək birlikdə həll edilməsinə çalışmaq. şəhər və qəsəbələrdə idarəetmə təcrübəsi və yerli adət-ənənələrin formalaşması mövzusunda daha müasir modelləri araşdıraraq inkişaf etdirmək və bu istiqamədəki fəaliyyətləri dəstəkləmək istiqamətində həyata keçirilir". Fərman Salmanlı deyib ki, dünyada gedən qloballaşma prosesinin müsbət nəticəsi olaraq inkişaf etmiş dövlətlərin elmi, mədəni, texniki naliyyətləri öyrənilməkdə və tətbiq edilməkdədir. Qərb inkişaf modeli kimi qiymtləndirilən qloballaşama prosesində zahirən təhlükəli heçnə olmasa da iqtisadi cəhətcə inkişaf etmiş qərb dövlətləri qloballaşmadan öz siyasi maraqlarının təmin edilməsi məqsədiylə istifadə edirlər: "Qarşısına Türk toplumlarının inteqrasiyasını ali məqsəd kimi qoymuş Türk Dünyası Bələdiyyələr Birliyinin bu sahədə fəaliyyəti təqdirəlayiqdir. İyirmi səkkiz dövlətin yerləşdiyi geniş coğrafiyanı, bu coğrafiyada yaşayan 100 milyonlarla insanların həyatı və fəaliyyəti ilə əlaqədar sahələri əhatə edən beynəlxalq təşkilat kimi Türk Dünyası Bələdiyyələr Birliyinin yaxın gələcəkdə dünyanın sayılıb seçilən beynəlxalq təşkilatları arasında ön sıralarda yerini alacağı şübhəsizdir . Bələdiyyələrin beynəlxalq təşkilat yaratması, yerli özünüidarəetmə sahəsində təcrübə mübadilələrinin aparılması və bələdiyyələrlə birgə ortaq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması mühüm hadisədir. Təbii ki, hər bələdiyyənin özünəməxsus təcrübəsi vardır ki, əldə edilmiş bu təcrübələrinin digər bələdiyyələrlə bölüşülməsi idarəçilkdə müsbət nəticələrin əldə edilməsinə və bələdiyyələrin inkişafına səbəb olacaq. Çoxsaylı üzvlərə malik beynəlxalq təşkilat kimi sahib olduğu resurs və imkanlar söyləməyə əsas verir ki, birlik tərəfindən türk dünyasının inteqrasiyası sahəsində böyük işlər görüləcək və layihələr həyata keçiriləcək. Birlik eyni zamanda bələdiyyələrin beynəlxalq arenaya çıxması və müxtəlif ölkə bələdiyyələrinin bir-biri ilə işgüzar əlaqələrinin qurulması baxımdan önəmli rola malikdir. Çalışılmalıdır ki, bu qədər önəmli təşkilat cəmiyyətmizi narahat edən problemlərin həllində yaxından iştirak etsin və bu fəaliyyətlər əhalinin rifahına müsbət təsir göstərsin. Bələdiyyələr arası münasibətlərin güclənməsi eyni zamanda dövlətlər arası münasibətlərində güclənməsi deməkdir. Yəni birliyin həm də dövlətlər arsında beynəlxalq münasibətlərin qurulması, iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsi sahəsində strateji əhəmiyyəti vardır. Bütün bunlarla yanaşı türk dünyasının inteqrasiya sahəsində fəaliyyətlər təkcə birlik səviyyəsində görülən işlərlə məhdudlaşmamalıdır. Hər bir bələdiyyə və yaxud bələdiyyə üzvü türk dünyasının inteqrasiyasına töhfəsini verəcək fəaliyyətlər həyata keçirməli və təkliflərlə çıxış etməlidir. Bir bələdiyyə nümayəndəsi kimi təklif edirəm ki, Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən beynəlxalq təşkilat kimi "Xocalı soyqrımına" beynəlxalq hüquqi qiymət verən
sənəd qəbul edilsin və üzv bələdiyyələrə yerlərdə "Xocalı soyqrımını" tanıdan tədbirlərin həyata keçirilməsi tövsiyyə edilsin. Birlik tərəfindən hər il bir dövlətin bələdiyyəsi türk dünyasının inteqrasiyası istiqamətində göstərdiyi fəaliyyətləri, əldə etdiyi uğurları və nail olduğu inkişafı nəzərə alınaraq "İlin bələdiyyəsi" adıyla təltif edilsin. Türk xalqlarının yaşadığı faciələri əbədiləşdirmək və unudulmamaq məqsədiylə üzv bələdiyyələr tərəfindən yerlərdə marifləndirmə işlərinin aparılmasını və müvafiq tədbirlərin həyata keçirməsini təmin edəcək qərarlar qəbul edilsin. Həmçinin Türk Dünyası Bələdiyyələr Birliyinin üzvü olan bələdiyyələr arasında türizimin inkişafı istiqamətində tədbirlər həyata keçirilsin. Bundan başqa türk toplumlarının arasında inteqrasiyanın güclənməsi məqsədiylə ortaq əlifbanın qəbul edilməsi istiqamətində çalışmalar həyata keçirilməsi, Birliyin daxilində türk toplumlarının interasiyasını gücləndirmək məqsədiylə layihələrin maliyyələşməsini həyata keçirən qurum təsis edilməsi, birlik üzvü olan bələdiyyələr ərazilərində fəaliyyət göstərən iş adamlarını digər üzv bələdiyyələrə kapital qoyuluşuna təşviq olunması da məqsəduyğundur. Birliyin yaranma tarixi olan 12 noyabr "Beynəlxalq bələdiyyə" günü kimi qəbul edilsin və bütün üzv bələdiyyələr tərəfindən qeyd edilməlidir. Eyni zamanda Türk dövlət başçıları tərəfindən qəbul edilmiş 3 oktyabr "Türk Dünyası Günü" bayram olaraq təşkilat tərəfindən və üzv bələdiyyələr tərəfindən yerlərdə qeyd edilməsi istiqamətində tədbirlər görülməsi zəruridir. Birlik üzvü olan bələdiyyələrin bir-birinin iş təcrübəsini və həmçini beynəlxalq təcrübəni öyrənmək məqsədiylə kursların və seminarların təşkil edilməsi da yaxşı olar".
Füzuli