Ermənistan Azərbaycan-Pakistan əlaqələrindən narahatdır

Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan uğurlu diplomatik gedişləri ilə xarici siyasət sahəsində bir sıra üstünlüklər əldə etməkdədir. Hər iki qtblə normal əməkdaşlıq mühiti yaradan Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki yeri və rolunu da artırmaqdadır. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın siyasi paytaxtı hesab edilən Belçikada keçirdiyi mühüm görüşlərin ardınca Şərqə, müsəlman ölkələrinə səfəri də uğurlu xarici siyasətin göstəricilərindəndir. Xəbər verildiyi kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər və Pakistanda səfərdə olub.

Arzu Nağıyev: "Hərbi potensialın güclənməsi, məhz prioritet istiqamət olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün və bununla da ərazi bütölüyümüzün bərpası, suverenliyimizin qorunması üçün mühüm amildir"

Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan uğurlu diplomatik gedişləri ilə xarici siyasət sahəsində bir sıra üstünlüklər əldə etməkdədir. Hər iki qtblə normal əməkdaşlıq mühiti yaradan Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki yeri və rolunu da artırmaqdadır. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın siyasi paytaxtı hesab edilən Belçikada keçirdiyi mühüm görüşlərin ardınca Şərqə, müsəlman ölkələrinə səfəri də uğurlu xarici siyasətin göstəricilərindəndir. Xəbər verildiyi kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər və Pakistanda səfərdə olub. Pakistanda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiitində iştirak etmək üçün bu ölkəyə səfər edən dövlət başçısı səfər çərçivəsində Pakistan rəsmiləri ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra görüşlərdə iştirak edib. Prezident İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseyn və bu ölkənin baş naziri Məhəmməd Nəvaz Şərif ilə görüşüb. Keçirilən görüşlərdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə mövzusu olub. Xüsusilə Pakistan baş naziri ilə keçirilən görüşdə görüşdə müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub və Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Qeyd edilən məsələ hazırkı situasiyada Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir. Elə ekspertlər də bu qənaətdədirlər. Siyasi ekspert Arzu Nağıyev də "OLAYLAR"-a müsahibəsində Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı əldə edilmiş razılaşmaya diqqət çəkərək bunun əhəmiyyətindən danışıb. Arzu Nağıyev Azərbaycanla Pakistan arasında hərbi sənayesi sahəsində əldə edilmiş razılaşmanın işğalçı Ermənistanda ciddi narahatçılıq yaratdığını da vurğulayıb.

-Arzu müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri ölkələr arasındakı əlaqələrin inkişafı baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Pakistan İslam Respublikası Azərbaycanın bu gün strateji portnyoru olan dövlətlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, Pakistan Azərbaycanı daima dəstəkləyən bir dövlətdir. Dağlıq Qarabağ münaqişəsinə görə onların Ermənistanla diplomatik əlaqələri yoxdur və bu dövlət məhz bu prinsipə görə Səudiyyə Ərəbistanı və Türkiyə ilə bir sırada durur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirakı və 2012-ci ildən İqtisadi Əməkdaşlıq Təşkilatının sədri kimi çıxışı mühüm əhəmiyyət kəsb edir və ikitərəfli görüşlər də mühüm əhəmiyyət kəsb edir.

-Səfər zamanı iki ölkə arasında hərbi sahədə də müzakirələrin aparılması Azərbaycanın hərbi potensialının güclənməsinə nə dərəcədə kömək edəcək?

-Məlumdur ki. Pakistan bu gün müasir silahlar ixrac edən dövlətlərdən biridir və bu istiqamətdə Azərbaycanla ikitərəfli əlaqləri mövcuddur.Təbii ki, hazırki mərhələd iki dövlət arasında hərbi sahədə də əlaqələrin inkişafı gözləniləndir və bu dövlətimizin hərbi potensialın daha da qüclənmıəsi üçün mühüm rol oynaya bilər. Bu əlaqlər əvvəldən də var idi və bir sıra Pakistan istehsalı olan silah və sursat Azıərbaycan Ordusunda var.

-Pakistanla hərbi əlaqələrin inkişafı Ermənistanda narahatçılığı artıracaqmı və düşmən ölkə əlavə hərbi vasitələr almaq barədə düşünəcəkmi?

-Təbii ki, Ermənistan bundan narahatdır. Bu gün Pakistanda İslam həmrəyliyi nümayiş etdirilir. Bu eyni zamanda Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlığa da aiddir. Ermənistanın əlavə sialh alıb -almamasına gəldikdə, bunun bizim Pakistanla əlıaqələrimizə nə dəxli ola bilər ki? Onsuz da Rusiyanın 102 saylı bazası və eskadriliyası Ermənistan ərazisindədədir və hər hansı bir zəmanət də yoxdur ki, münaqişədə bu bazaların silahlarından istifadə edilmir. Buna görə də Ermənistanın silah təchizatı böyük problem yaratmır. Həm də Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və təəssüf ki, buna arxayındır.

-Ümumiyyətlə, Azərbaycanın son vaxtlar həm Qərb, həm də Şərq ölkələri ilə xarici əlaqələri inkişaf etdirməsi xarici siyasət sahəsində hansı uğurlar vəd edir?

-Dünya enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınmasında, böyük beynəlxalq iqtisadi layihələrə ev sahibliyi etmək Azərbaycan üçün mühüm bir amildir.Təbii ki, lobbiçilik, xarici diplomatiyada, diaspora siyasətində də reformalar aparmaqla Azərbaycanın tanındılması mühüm addımlardandandır. Hərbi potensialın güclıənməsi, məhz prioritet istiqamət olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün və bununla da ərazi bütölüyümüzün bərpası və suverenliyimizin qorunması üçün mühüm amildir. Eyni zamanda beynəlxalq hüquqa söykənərək BMT və digər beynəlxalq qurumların Azərbaycanla bağlı qərarlarının həyata keçirilməsi də mühüm istiqamətdir. Azərbaycana nüfuz qazandıran əsas amillər məhz bütün bu prosesləri həyata keçirərək heç bir siyasi və hərbi birliklərdə təmsil edilmədən, ikitərfli müqavilələr çərçivəsində qonşuluq və dostluq münasibətini qorumasıdır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31