Polşada Dağlıq Qarabağ problemindən danışılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Polşaya səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, SAM rəsmisi Varşavada College of Europe-da "Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın beynəlxalq və regional aktyorlarla münasibətdə xarici və təhlükəsizlik siyasəti" mövzusunda mühazirə ilə çıxış edib. Həmçinin, İlqar Qurbanov mühazirə zamanı 2014-cü ildə Ukraynada olan hadisələrdən sonra Azərbaycan Respublikasının yaxın və uzaq qonşularla bağlı xarici siyasətinin əsas istiqamətlərinə və perspektivlərinə də toxunub.
2 Mart 2017 14:43 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi İlqar Qurbanov Polşaya səfər edib. "OLAYLAR"-ın xəbərinə görə, SAM rəsmisi Varşavada College of Europe-da "Dağlıq Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanın beynəlxalq və regional aktyorlarla münasibətdə xarici və təhlükəsizlik siyasəti" mövzusunda mühazirə ilə çıxış edib. Həmçinin, İlqar Qurbanov mühazirə zamanı 2014-cü ildə Ukraynada olan hadisələrdən sonra Azərbaycan Respublikasının yaxın və uzaq qonşularla bağlı xarici siyasətinin əsas istiqamətlərinə və perspektivlərinə də toxunub.