Gündəm

Deputat: "Ermənistan muzdlulardan istifadə etdiyi üçün itkilərini gizlədir"

2 Mart 2017 14:12

“Ermənistanın daxilində sosial gərginlik, hakimiyyətdən ciddi narazılıq hökm sürür. Artıq orada Dağlıq Qarabağın Ermənistana məxsus olmadığı və Qarabağı qaytarın şüarı ilə çıxışlar edilir. Bundan narahat olan düşmən ölkə son günlər cəbhədəki gərginlik zamanı itkilərinin sayını belə gizlədir”. Bunu Milli Məclisin üzvü Fərəc Quliyev deyib.

Təhsil müəssisələrində baş verən qanunsuzluqlar açıqlanıb

2 Mart 2017 14:10

Təhsil müəssisələrində nəticə yönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində Bakıdakı 22 nömrəli tam orta məktəbdə qanunsuzluq halı aşkarlanıb.

Qatar relsdən çıxdı - Ölən var

2 Mart 2017 13:55

Yaponiyanın Ayti prefekturasında elektrik qatarı relsdən çıxıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Məlumatda qeyd olunur ki, hadisə minik avtomobilinin qatar yolunda dayanması nəticəsində baş verib. Maşinist qəzanın səbəbini qatarı dərhal saxlaya bilməməsi ilə əlaqələndirib. Zərbə nəticəsində qatarın birinci vaqonu relsdən çıxıb, avtomobilin sürücüsü həyatını itirib. Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Partlayıcı qurğu aşkarlandı

2 Mart 2017 13:53

Türkiyənin Hakkari vilayətinin Şemdinli qəsəbəsinin sakinləri polisə dağlıq ərazidə partlayıcı qurğu gizlədildiyi xəbərini veriblər. Göstərilən ərazidə aparılan axtarış tədbirləri nəticəsində 6 ədəd partlayıcı qurğu aşkarlanıb. Aparılan araşdırma zamanı qurğuların tam olaraq 500 kiloqram partlayıcı maddədən hazırlandığı təsbit edilib. Hadisə ilə əlaqədar olaraq cinayəti təşkil edən şəbəkənin zərərsizləşdirilməsi üçün axtarış tədbirləri aparılır.

Arzu Rəhimov vətəndaşları qəbul edəcək

2 Mart 2017 13:50

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda vətəndaşlarla görüşəcək. “OLAYLAR”-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, qəbul martın 15-də Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında baş tutacaq.

İran paytaxtını dəyişir- ŞOK

2 Mart 2017 13:46

İran İslam Respublikasının paytaxtı dəyişə bilər. “OLAYLAR”-ın xəbərinə görə, bu məqsədlə ölkə parlamentinin 73 deputatı ali dini lider ayətullah Əli Xomeneyidən dəstək istəyib. Deputatlar bunu paytaxt Tehranda sıxlığın artması ilə əlaqələndiriblər.

İtirilmiş sənədlərin tapılması üçün yeni xidmət istifadəyə verildi

2 Mart 2017 13:44

İtirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılması üzrə “Poçtap” xidməti istifadəyə verilib. Nəqliyyat, Rabitə vəYüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən reallaşdırılan yeni sosial layihə çərçivəsində “Poçtap” xidməti istifadəyə verilib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Olaylar”-a verilən məlumata görə, “Poçtap” itirilmiş sənədlərin tapılaraq sahibinə qaytarılmasına xidmət edir.

Vergi borcları barədə arayış 1 gün ərzində veriləcək

2 Mart 2017 13:42

Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.“Olaylar”ın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin martın 2-də keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb.

Türkiyənin neft tankeri ekipajla birgə girov götürüldü

2 Mart 2017 13:39

Türkiyə bayrağı altında üzən "Hacı Telli" adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.

İsveçdə hərbi xidmətə çağırış bərpa edilir

2 Mart 2017 13:37

İsveç hökuməti ölkədə 2010-cu ildə ləğv edilmiş ümumi hərbi çağırışı bərpa edir. Bu barədə İsveçin müdafiə naziri Peter Hultkvist məlumat verib. Onun sözlərinə görə, İsveçin könüllülük əsasında hərbi bölmələri komplektləşdirməklə bağlı çətinliyi var idi və bunu hərbi çağırışı bərpa etməklə aradan qaldırmaq olar.

Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti azərbaycanlı oldu

2 Mart 2017 13:29

İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Huseynin himayəsi ilə "Global Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib.

Düşmənin təxribat qrupu məhv edilib

2 Mart 2017 13:28

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

8200 ədəd siqaret müsadirə edildi

2 Mart 2017 13:24

Rusiyadan gətirilən 8200 ədəd siqaret gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C-180" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin ön ayaqaltı hissəsindən və ön buferinin içərisindən gömrük nəzarətindən gizlədilən 8200 ədəd "NZ Gold Compact"markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Keçmiş məhkumdan 15 kq narkotik götürülüb

2 Mart 2017 13:22

Əvvəllər məhkum olunmuş şəxsin kirayə yaşadığı evdən narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevin Biləcəri qəsəbəsindəki kirayədə yaşadığı evə baxış zamanı oradan 10 kiloqram 87,180 qram marixuana və 4 kiloqram 180,610 qram tiryək aşkar edilərək götürülüb.

2 nəfər zəhərlənmədən dünyasını dəyişib

2 Mart 2017 13:21

Azərbaycanda iki nəfər zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 1-də Goranboy rayonunun Nadirkənd kəndində yaşayan Rəmziyyə Ələsgərova dəm qazından, Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan Yusif Zeynalov isə kimyəvi məhluldan zəhərlənib.