Arzu Rəhimov vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda vətəndaşlarla görüşəcək. “OLAYLAR”-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, qəbul martın 15-də Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında baş tutacaq.
2 Mart 2017 13:50 SosialAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Ağstafa rayonunda vətəndaşlarla görüşəcək. "OLAYLAR"-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, qəbul martın 15-də Xidmətin Ağstafa rayon şöbəsinin inzibati binasında baş tutacaq. Qəbulda Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 13.03.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon, şəhər şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.