Türkiyənin neft tankeri ekipajla birgə girov götürüldü

Türkiyə bayrağı altında üzən "Hacı Telli" adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb.

Türkiyə bayrağı altında üzən "Hacı Telli" adlı neft daşıyan gəmiyə Liviyanın Zvara limanı sahillərində hücum nəticəsində 4 nəfər girov götürülüb. Gəminin göyərtəsində 11 nəfər olub. Məlumata görə, onlardan 7-si sərbəst buraxılıb, 4 nəfər isə girov götürülüb. Xəbərdə bildirilib ki, 5 nəfərdən ibarət silahlı qrup gəmiyə çıxaraq 4 nəfəri zorla qaçırıblar. Girov götürülənlərin kimliyi və vətəndaşlığı hələlik məlum deyil. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31