Düşmənin təxribat qrupu məhv edilib
Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.
2 Mart 2017 13:28 SiyasətMartın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.