Gündəm
Keçən ay 7438 metr qazma işi həyata keçirilib
2017-ci ilin fevral ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 7438 metr, yanvar-fevral aylarında isə 18584 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. 2017-ci ilin fevral ayında qazmadan alınmış 7, il ərzində isə 13 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Dini Komitə müsabiqə keçirir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsi elan edir.
"Qərargahdakıların sağ qalma şansı yoxdur"
İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb.
Daha bir neftçinin meyiti tapıldı
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Prezident: “ABŞ-la Avropanın enerji təhlükəsizliyini gücləndirəcək layihə çərçivəsində yaxından əməkdaşlıq edirik”
“Azərbaycanla Amerika Birləşmiş Ştatlarını sıx dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində əməkdaşlığımız uğurla davam edir. 1995-ci ildən fəaliyyət göstərən Amerika-Azərbaycan Ticarət Palatası bu proseslərin iştirakçısı olub. Mən də Ticarət Palatasının Himayədarlar Şurasının üzvü olaraq göstərdiyiniz səyləri dəstəkləyir və yüksək qiymətləndirirəm”.
Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, R.Sultanovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb. Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun martın 28-nə təyin edilmiş iclasında baxılacaq.
Məzarlıqlarla bağlı qanun layihəsinin bəxti açılır
“Məzarlıqlar haqqında” qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Belə ki, sənədin yaxın vaxtlarda parlamentin müvafiq komitələrində müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur. Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olması nəzərdə tutulur.
AXCP üzvünün həbs müddəti 1 il azaldıldı
Martın 2-də Ali Məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Məlumata görə, kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib.Belə ki, onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib. Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib.
ADU-da kitab sərgisi açılıb
Martın 2-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təşkilatçılığı ilə iki günlük kitab sərgisi açılıb. İlk dəfə ADU-da təşkil edilən bu sərgidə U.S.Moemin “Seçilmiş əsərləri”, V.İvanov Taqanskinin “Zəfər və ilğım”, A.Millerin “7 pyes”, A.B.Kasaresin “Morelin ixtirası”, Çe Gevaranın “Boliviya gündəliyi”, S.Ağaoğlunun “Atamın dostları”, S.Budaqlının “Yolüstü söhbət” kitabları da daxil olmaqla 20-dən çox müəllifin əsərləri nümayiş olunur.
Elşən Musayev: “Ermənistanda bu gün eyforiya yaşanır”
“Bu gün Ermənistan yenə də öz mahiyyətindədir və öz ənənəvi xislətindən əl çəkmir. Ümumiyyətlə Ermənistan bu gün bir eyforiya yaşanır. Artıq o Dağlıq Qarabağ məsələsinin kuliminasiyaya gəldiyinin fərqdindədir. Həmçinin onlar bu mövzunun dalana dirəndiyinin fərqdindədir”. Bunu millət vəkili Elşən Musayev deyib.
“Qarabağ münaqişəsinin həlli regiona sabitlik və rifah gətirəcək”
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan və regiona sabitlik və rifah gətirəcək”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Vaşinqtonda Azərbaycanın-ABŞ diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş illik konfransda çıxışı zamanı deyib.
Beynəlxalq ekspert: “Hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”
“Son günlər cəbhə xəttində yaşayan gərginlik onu göstərir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də provokasiyalara əl atır”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Rövşən Rzayev: “Azərbaycanın Pakistanla maraqları üst-üstə düşür”
“Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı mühüm görüşlər olub. Prezidentin bu səfəri çox böyük önəm daşıyırdı”. Bunu millət vəkili Rövşən Rzayev deyib.
Politoloq: “Ermənistan hakimiyyəti hərbiyə çağırmağa adam tapmır”
“Ermənistan rəhbərliyi cəbhədəki itkiləri gizlətsə də, erməni xalqı artıq onların yalanlarına inanmır. Orada xalq hakimyyətə qarşıdır. Bununla bağlı böyük mitinqlər də təşkil olunur”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
Ermənipərəst mer işdən qovuldu TÜRKİYƏDƏ
Türkiyənin daxili işlər nazirliyi milliyyətcə kürd olan və əyalətlərin birində mer vəzifəsi daşıyan Sıre Sakini istefaya göndərib.














