Məzarlıqlarla bağlı qanun layihəsinin bəxti açılır
“Məzarlıqlar haqqında” qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Belə ki, sənədin yaxın vaxtlarda parlamentin müvafiq komitələrində müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur. Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olması nəzərdə tutulur.
2 Mart 2017 13:02 Sosial"Məzarlıqlar haqqında" qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Belə ki, sənədin yaxın vaxtlarda parlamentin müvafiq komitələrində müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur. Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olması nəzərdə tutulur.