Dini Komitə müsabiqə keçirir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda məqalə müsabiqəsi elan edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusunda məqalə müsabiqəsi elan edir. "OLAYLAR" Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, müsabiqəyə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi, xalqımızın milli-mənəvi dəyərlərinin və çoxəsrlik adət-ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi, o cümlədən Azərbaycan dövlətinin İsalm dünyasında vəhdətin, həmrəyliyin gücləndirilməsi istiqamətində gördüyü işlər barədə məqalələr göndərilə bilər. Eyni zamanda, ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, müxtəlif dinlərin və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış mədəniyyətindən, bu sahədə Azərbaycan təcrübəsinin dinlərarası və məzhəblərarası münasibətlərə verə biləcəyi töhfələrdən bəhs edən məqalələr də qəbul olunur. Müsabiqədə I yer - 500 AZN, II yer - 400 AZN, III yer - 300 AZN və hər biri 100 AZN olmaqla üç həvəsləndirici mükafat təyin edilib. Müsabiqənin müddəti 2 mart - 20 aprel tarixləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31