Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti azərbaycanlı oldu
İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Huseynin himayəsi ilə "Global Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib.
2 Mart 2017 13:29 Sosialİordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Huseynin himayəsi ilə "Global Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib. Forumda "Global Healthcare Travel Concil"in (GHTC) Baş Assambleyasının qapalı toplantısı və idarə heyətinə seçkilər keçirilib. Türkiyə Sağlıq Turizmi Konseyinin təşəbbüsu və dəstəyi ilə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçilib və iştirakçılara Azərbaycan haqqında geniş məlumat verilib. Təşkilatın yeni prezidenti Birləşmiş Ərəb Əmirliklərini təmsil edən "Medical Tourism Council"in sədri xanım Leyla Marzouqi olub. Sonda "Qlobal sağlıq turizmi Amman" deklarasiyası qəbul olunub.