Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 50,3 milyon ton yük daşınıb
2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olmuşdur. Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.
2 Mart 2017 15:30 İqtisadiyyat2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9917,4 milyon ton-km olmuşdur. Statistika Komitəsindən verilən məlumata görə, yüklərin 31,5 milyon tonu və ya 62,6 faizi avtomobil nəqliyyatı, 13,8 milyon tonu və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5,0 milyon tonu və ya 10,0 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. 2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur.
Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır. Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.