AVRO-2024 Türkiyədə keçirilə bilər
Türkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib.
2 Mart 2017 15:47 İdmanTürkiyə 2024-cü ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. TFF prezidenti Yıldırım Demirören AVRO-2024-ə ev sahibliyi etmək üçün rəsmi ərizəni UEFA-nın baş katibi Teodor Teodorisə təqdim edib. O, Avropa çempionatını ölkəsində keçirmək üçün bütün imkanların olduğunu qeyd edib: "Avropada stadion baxımından bir nömrəyik. Beynəlxalq futbol ictimaiyyəti arasında Türkiyənin yerinin əvvəlkindən daha önəmli olduğunu bilirik. Türkiyə istənilən yarışı təşkil edəcək gücdədi. Ölkədə nəqliyyat cəhətdən də heç bir problem yoxdu". Goal.az