Prezidentin İrana səfəri nə vəd edir?
Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunmaqdadır. Artıq iki qonşu ölkə arasında bir sıra müştərək layihələrin reallaşdırılmasına start verilib, bəzi layihələr barədə isə ilkin razılaşma əldə edilib. Azərbaycanın iqtisaiyyat naziri Şahin Müstafayevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətinin İrana səfəri nəzərdə tutlan layihələrin reallaşdırılmasına rəvac verib. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri planlaşdırılır. Bəs, Azərbaycan Prezidentinin İrana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına hansı töhvəsini verə bilər?
2 Mart 2017 15:52 SiyasətSəfər regional əməkdaşlığa öz töhfəsini verəcək
Son vaxtlar Azərbaycanla İran arasında münasibətlərin müsbət məcrada inkişafı müşahidə olunmaqdadır. Artıq iki qonşu ölkə arasında bir sıra müştərək layihələrin reallaşdırılmasına start verilib, bəzi layihələr barədə isə ilkin razılaşma əldə edilib. Azərbaycanın iqtisaiyyat naziri Şahin Müstafayevin rəhbərliyi ilə geniştərkibli nümayəndə heyətinin İrana səfəri nəzərdə tutlan layihələrin reallaşdırılmasına rəvac verib. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasına səfəri planlaşdırılır. Bəs, Azərbaycan Prezidentinin İrana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına hansı töhvəsini verə bilər?
Əvvala qeyd edək ki, prezident İlham Əliyevin bu səfəri təkcə iki ölkə arasındakı münasibətlərdə deyil, eyni zamanda, regional əməkdaşlığın gələcək inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edəcək. Bu səfər çərçivəsində Azərbaycanla İran arasındakı dəmiryol xəttinin açılışı, eyni zamanda, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizinin reallaşamsı çərçivəsində Astara(İran)- Rəşt(İran) dəmiryol xəttinin çəkilişini reallaşması üçün Azərbaycan tərəfinin maliyyələşdirilməsi ilə bağlı sazişin imzalanması gözlənilir. Ekspertlər hesab edirlər ki, prezidentin səfəri birmənalı şəkildə İran-Azərbaycan münasibətlərinin daha da inkişafına şərait yaradacaq. Son zamanlar İranın xarici siyasətində müəyyən pozitiv dəyişikliklər hiss olunur. Bu dəyişikliklər əlbəttə ki, bölgədəki münasibətlərə də öz təsirini göstərir. Azərbaycan da İranla münasibətlərin istiləşməsinə çalışır. Bu zəmində Azərbaycan prezidentinin İrana rəsmi səfəri şübhəsiz ki, dövlətlərarası münasibətlərin inkişafına təkan verəcək. Məlumdur ki, hər iki dövlət iqtissdi, siyasi və hərbi sahədə əməkdaşlıqda maraqlıdır. Eləcə də regionda təhlükəsizliyin təmin olunması dövlətləri narahat edən məsələlərdəndir. Azərbaycan bir sıra irimiqyaslı iqtisadi, enerji və infrastruktur layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Belə halda, qonşu dövlətlərin iqtisadi əlaqələrinin genişlənməsinə ehtiyac duyulur. Hər iki ölkənin qaz ehtiyatının Avropaya çıxarılması isə prioritet məslələrdəndir. Milli Məclisin deputatı Pasim Musabəyov prezident İlham Əliyevin İrana səfəri və iki ölkə arasında əlaqlərin yaxınlaşamasını nəinki ikitərfəli əlaqələrə, eyni zamanda, regional əməkdaşlığın inkişafına öz töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanla İranı çox qədim tarixi, mədədni, dini əlaqələr bir-birinə bağlayır və bu əlaqələrdən istifadə edib, münasibətləri inkişaf etdiməliyik: "O baxımdan belə səfərlər zəruridir və bu səfərlər təkcə ikitərəfli münasibətlərə deyil, həmçinin, regional əməkdaşlığa və təhlükəsizliyə öz töhfəsini verəcək səfərdir". R.Musabəyov deyib ki, iki ölkə arasında ticari, iqtisadi, nəqliyyat və digər sahələrdə əlaqələr inkişaf etdirilməlidir: "Bəzi məsələlərdə , xüsusən geosiyasi məsələlərdə fikir ayrılığı və problemlər olsa da, bütün bunlar ikitərəfli münasibətlərin inkiaşfına mane olmamalıdır". Millət vəkili Fəzail Ağamalı deyib ki, İranla münasibətimizi inkişfaf etdirməliyik. "İranla münasibətlərimizi elə bir səviyyəyə çatdırmaıyıq ki, o, Ermənistandan imtina edərək, Azərbaycanı dəstəkləsin. Bu istiqamətdə son vaxtlarda atılan addımlar müəyyən nikbinlik yaradır: "Odur ki, İranla yaxşı işləməliyik. Elə etməliyik ki, 30 milyondan artıq Azərbaycan türkü yaşayan bir müsəlman ölkəsi nəticədə Azərbaycanın yanında olsun. Haqqın yanında olsun. Bu istiqamətdəki işlərimizin perspektivinə inanıram və yaxşı nəticə gözlənilir". Politoloq Qabil Hüseynli isə hesab edir ki, İran Azərbaycanla münasibətlərində sonadək səmimi olsa, bu, ikitərəfli əlaqələrə böyük səmərə verə bilər. "Azərbaycan tərəfin istəyi ondan ibarətdir ki, ikitərəfl münasibətlər inkişaf etsin və bu münasibətlər məhsuldar olsun. Yəni, münasibətlərin xarakterinə uyğun olsun". Ermənistan-Azərbaycan münaqişəsinə toxunan politoloq vurğulayıb ki, Tehran Qarabağ məsələsində mövqeyində dəyişiklik etməlidir: "Nəhayət, İran müsəlman, ən əsası da şiə ölkəsi olan Azərbaycanı müdafiə və onun yanında olduğunu bəyan etməlidir. Bu məsələdə Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə yardım göstərməlidir. Əgər belə olarsa, təbii ki, biz, bunu alqışalayırıq". Politoloq deyib ki, Azərbaycan Prezidenti İranla münasibətlərin inkiaşfına önəm verir və bu istiqamətdə fəaliyyət göstərir: "İran da əlaqələrin inkişafına maraqlı görünür. Biz istəyirik ki, Azərbaycan İranla hansı səviyyədə əlaqələrin qurulmasını istəyirsə, qarşı tərəf də eyni formada əməkdaşlığa adekvat reaksiya versin və bunu real əməldə sübut etsin". Heç şübhəsiz ki, prezidentlərin görüşündə Dağlıq Qarabağ məsələsi də müzakirə ediləcək. Nəzərə almaq lazımdır ki, İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınmasında vasitəçilik qismində iştirak etmək istəyir. Əgər rəsmi Tehran Azərbaycana hərtərəfli dəstək versə, bu, Azərbaycanın Dağlıq Qarabağ problemini həll etmək üçün böyük rol oyanaya bilər.
Alim