Beynəlxalq Valyuta Fondu ilə birgə islahatlar müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüşdə respublikamızda əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndə heyəti ilə görüşdə respublikamızda əmək bazarı proqramları və sosial müdafiə sahəsində islahatlar müzakirə olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev son illərdə dünya iqtisadiyyatında dərinləşən böhranın Azərbaycan iqtisadiyyatına təsirlərinin minimallaşdırılması məqsədilə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini bu islahatların ölkəmizin 2016-cı ili uğurla başa vurmasına imkan verdiyini, məqsədyönlü iqtisadi şaxələndirmənin müsbət nəticəsi kimi ötən il qeyri-neft sektorunda 5 faiz, cari ilin yanvar ayında 13 faiz artımın qeydə alındığını bildirib: "Azərbaycanda artıq postenerji dövrünə uyğun şəkildə formalaşmış səmərəli iqtisadi idarəetmə siyasətinin əsas hədəfləri sırasında sosial müdafiə və məşğulluq amilləri xüsusi yer tutur. Aparılan islahatlar şəritində də ötən il ümumilikdə 3,6 milyon nəfərə və ya ölkə əhalisinin 38 faizinə yönələn sosial ödənişlərin artırılması təmin olunub. Respublikada əhatəliliyi baxımından beynəlxalq səviyyədə də müsbət dəyərləndirilən sosial təminat sistemi fəaliyyət göstərir. Cari ilin elə ilk vaxtlarından növbəti addımlar kimi, minimum əmək haqları və pensiyaların sığorta hissəsi ötən ilin inflyasiya səviyyəsinə uyğun şəkildə indeksləşdirilərək artırılıb".

BVF-nin ekpertləri Karolina Kastellanos və Vina Nguyen Azərbaycanda milli iqtisadiyyatın inkişafına yönələn proseslərin eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi və əmək resurslarının məşğulluğunun təmin edilməsi yönündə ardıcıl addımların atılması ilə müşahidə olunmasını yüksək dəyərləndiriblər. Onlar ölkəmizdə icra olunan aktiv əmək bazarı proqramlarını, pensiya təminatı sisteminin təkmilləşdirilməsi sahəsində ötən dövrdə qazanılmış nailiyyətlərin önəmini vurğulayıblar. Pensiya təminatında sığorta prinsiplərinin daha da gücləndirilməsinin bu təminat sisteminin ən vacib faktoru olduğunu bildirən ekpertlər bu istiqamətdə islahatların da uğurlu nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.

Görüş əmək bazarında inkişaf meylləri, əmək bazarı proqramları, sığorta-pensiya sistemində islahatlar, dövlət sosial yardım sistemi və s. mövzularda müzakirələrlə davam edib, nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31